Azərbaycan, Bakı, 10 oktyabr /Trend/
Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci il 7 oktyabr tarixli sərəncamı ilə hər il ölkədə 13 oktyabr dəmiryol işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
"TuranBank" ASC "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşlarını peşə bayramları münasibətilə təbrik edərək 13-15 oktyabr tarixləri aralığında onlar üçün bankın mövcud istehlak kreditlərinin illik faizlərində 3% endirim edir. Göstərilən tarixlərdə bankın istənilən filialına müraciət etməklə qeyd olunan endirimdən yararlanmaq mümkündür.
Kredit faizlərində endirim bankın müxtəlif peşə sahibləri üçün nəzərdə tutulan endirimli kampaniyaları çərçivəsində həyata keçirilir.
Endirim kampaniyası haqqında daha ətraflı məlumatı bankın Məlumat Mərkəzinin 935 nömrəli telefonuna zəng etməklə əldə etmək olar.