...

Azərbaycan dəmiryol sərnişin vaqonları ixrac etmək niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Oktyabr 2014 11:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir Emil İsmayılov/

Gəncə Vaqonqayırma zavodunda istehsal olunacaq sərnişin vaqonları həm də ixrac olunacaq. Trend xəbər verir ki, bu barədə bazar ertəsi jurnalistlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbəri Arif Əsgərov bildirib.

Onun sözlərinə görə, Gəncədə "Stadler" şirkəti ilə birgə inşa ediləcək Vaqonqayırma zavodunun əsas hədəflərindən biri ölkənin daxili tələbatının təmin olunması ilə yanaşı, Mərkəzi Asiyaya, İrana və başqa ölkələrə sərnişin vaqonlarının ixracıdır.

Əvvəlcə zavodda il ərzində 50 dəmiryol vaqonu istehsal olunacaq. Zavodun tikintisi bir il yarıma başa çatacaq.

A.Əsgərov bildirib ki, yaxın vaxtlarda yeni müəssisənin təməlqoyma mərasimi keçiriləcək.

Yeni vaqonqayırma müəssisəsinin yaradılması layihəsi çox əhəmiyyətlidir. Çünki zavod istehsalla yanaşı, ölkədə vaqonların əsaslı təmirinə də imkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti