...

Avrasiya nəqliyyat dəhlizinin Azərbaycan seqmenti üzrə yükdaşımalar azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Oktyabr 2014 19:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir Emil İsmayılov/

2014-cü ilin yanvar-avqust aylarında Azərbaycan ərazisi ilə Avrasiya nəqliyyat dəhlizi (TRACECA, Avropa-Qafqaz-Asiya) üzrə 38,9 milyon ton yük daşınıb. 2013-cü ilin müvafiq dövründə bu rəqəm 39,5 milyon dollar idi. Trend-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin 2014-cü ilin ilk 9 ayı üzrə hesabatında deyilir.

Hesabata əsasən, daşınan yüklərin ümumi həcmindən 50,4 faizi avtomobil nəqliyyatı, 34 faizi dəmiryol, 15,6 faizi isə dəniz nəqliyyatının payına düşüb.

Məlumata əsasən, hesabat dövründə dəhliz çərçivəsində 208,4 milyon nəfər daşınıb ki, bu da ötən ilin eyni dövrünün göstəricisini 7,7 faiz üstələyir.

Hesabat dövründə dəhliz çərçivəsində yükdaşımadan əldə edilən gəlirlər 337,9 milyon manat təşkil edib ki, bu da 2013-cü ilin ilk 9 ayının göstəricisini 9,9 faiz üstələyir. Qeyd edilən dövrdə sərnişindaşımadan əldə edilən gəlirlər 73 milyon manat olub ki, bu da 2013-cü ilin müvafiq dövründən 12,8 faiz çoxdur.

Qeyd edək ki, 2013-cü ildə dəhlizin Azərbaycan seqmenti vasitəsilə 59 milyon ton yük daşınmışdı ki, bu da 2012-ci ilin göstəricisindən 3,8 faiz çox idi.

TRACECA-nın iştirakçı dövlətləri Azərbaycan, Bolqarıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Ermənistan, Moldova, Rumıniya, Tacikistan, Türkmənistan, Türkiyə, Ukrayna və İrandır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti