...

Azərbaycan bankı kapitalını iki dəfədən çox artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Oktyabr 2014 15:14 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Dekabank" ASC-nin adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb.
Azərbaycan bankı kapitalını iki dəfədən çox artırır

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir Azad Həsənli/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Dekabank" ASC-nin adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb.

Trend-in Komitəyə istinadən verdiyi məlumata görə, bu çərçivədə səhmlərin nominalının 2,2 dəfə artırılması planlaşdırılır.

Emissiyanın yerləşdirilməsi 1100 manat nominallı 47 970 səhmin 500 manat nominallı eyni həcmdə səhmlərə konvertasiyası yolu ilə aparılacaq. Bununla da şirkətin nizamnamə kapitalı 23,985 milyon manatdan 52,767 milyon manatadək artacaq.

Cari il sentyabrın 1-nə olan məlumata görə, bankın məcmu kapitalı 17 377,98 min manat, aktivləri isə 53 492,92 min manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti