...

"İnvestor Oluram"

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Oktyabr 2014 15:54 (UTC +04:00)
Fərdi yatırım bazarında investorlara təqdim etdiyi maliyyə alətlərinin geniş çeşidi ilə seçilən "InvestAZ" şirkəti Türkiyənin İstanbul Texniki Universitetinin Yatırım Klubu ilə birgə “Yatırımcı Oluyorum” (İnvestor Oluram) layihəsinə başladı.
"İnvestor Oluram"

Azərbaycan, Bakı, 29 oktyabr /Trend/

Fərdi yatırım bazarında investorlara təqdim etdiyi maliyyə alətlərinin geniş çeşidi ilə seçilən "InvestAZ" şirkəti Türkiyənin İstanbul Texniki Universitetinin Yatırım Klubu ilə birgə "Yatırımcı Oluyorum" (İnvestor Oluram) layihəsinə başladı.

5 ay boyunca davam edəcək layihə çərçivəsində yerli və beynəlxalq maliyyə bazarlarında fərq yaradan "InvestAZ" mütəxəssisləri Türkiyənin bir sıra universitetlərində tələbələrə investisiya mövzusunda pulsuz seminarlar keçiriləcək. "Beynəlxalq maliyyə bazarlarında İnvestor Olmaq", "Fundamental Analiz", "Texniki Analiz", "Portfel və Aktivlərin idarə olunması" mövzularının yer alacağı proqramda tələbələr həyat boyu istifadə edə biləcəkləri "TƏLİM HESABI" ilə təmin olunacaqlar.

Seminarlardan sonra layihə yarışma ilə davam edəcək və qaliblər mükafatlandırılacaqdır. Layihə çərçivəsində yarışmaya Türkiyədən 5000-ə yaxın tələbənin qatılacağı gözlənilir.

Qeyd edək ki, bir müddət öncə Azərbaycan və Türkiyədə tam lisenziyalaşmış maliyyə və broker xidmətləri göstərən "InvestAZ" şirkəti Türkiyənin İstanbul şəhərində keçirilən "FX World Istanbul" FOREX və Törəmə alətləri adlı konfrans və sərgidə "ƏN YAXŞI TƏDRİS XİDMƏTİ" nominasiyası üzrə qalib elan olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti