...

Şri-Lanka Azərbaycanla birgə müəssisələr yaratmaq istəyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Oktyabr 2014 15:12 (UTC +04:00)
Şri-Lankanın iş adamları azərbaycanlı həmkarları ilə birgə müəssisələrin yaradılmasında maraqlıdırlar.
Şri-Lanka Azərbaycanla birgə müəssisələr yaratmaq istəyir

Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbir Maksim Tsurkov/

Şri-Lankanın iş adamları azərbaycanlı həmkarları ilə birgə müəssisələrin yaradılmasında maraqlıdırlar.

Trend-in Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən verdiyi məlumata görə, Şri-Lankanın iş adamları müxtəlif növ mal və məhsulların idxalı, ixracı, həmçinin birgə müəssisələrin yaradılması ilə bağlı əməkdaşlıq təklif edirlər.

Xüsusilə, kənd təsərrüfatı, sənaye istehsalı, metallurgiya, logistika və insan resursları sahəsində əməkdaşlıq təklif olunur.

Ötən il iki ölkənin xarici işlərin nazirlərinin görüşündə energetika, iqtisadiyyat, turizm, ticarət və investisiyalar sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2014-cü ilin yanvar-sentyabr aylarının yekunları üzrə iki ölkə arasında əmtəə dövriyyəsi 11,4 milyon dollar təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 7,5 faiz azdır. Bununla belə, bütün məbləğ Şri-Lankadan idxalın payına düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti