...

Fransa şirkətinin Bakıda metro tikintisinin dəyəri açıqlandı (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Noyabr 2014 14:04 (UTC +04:00)
"Bakı Metropoliteni" QSC və Fransanın "Bouygues Travaux Publics" şirkəti Bakı Metropoliteninin inkişafı və onun "qırmızı" və "yaşıl" xətlərə ayrılması layihəsi çərçivəsində "28 May" stansiyasında layihələndirmə və tikinti işlərinə dair müqavilə imzalayıblar.
Fransa şirkətinin Bakıda metro tikintisinin dəyəri açıqlandı (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir Emil İsmayılov/

"Bakı Metropoliteni" QSC və Fransanın "Bouygues Travaux Publics" şirkəti Bakı Metropoliteninin inkişafı və onun "qırmızı" və "yaşıl" xətlərə ayrılması layihəsi çərçivəsində "28 May" stansiyasında layihələndirmə və tikinti işlərinə dair müqavilə imzalayıblar. Bu barədə Trend "Bouygues SA"-nın saytına istinadən məlumat verir.

Məlumatda qeyd olunur ki, layihənin ümumi dəyəri 147 milyon avro təşkil edir. Müqavilə yeni tunellərin tikintisini təmin etməyə imkan verəcək iki xəttin yaradılmasını nəzərdə tutur.

Müqavilə əsasında işlərə gələn ilin fevralında başlamaq planlaşdırılır. Pik dövründə tikinti işlərinə təqribən 250 nəfər cəlb ediləcək.

"Qırmızı" və "yaşıl" xətlərin ayrılması, "28 May-Cəfər Cabbarlı" və "Həzi Aslanov-Həzi Aslanov-2" keçid stansiyalarının istifadə edilməsi ilə Bakıda sərnişin daşınması üzrə mövcud problemlər həll ediləcək.

Bundan başqa, bu, Bakı Metropoliteni vasitəsilə sərnişinlərin Köhnə Günəşli, Yeni Günəşli, Köhnə Əhmədli, Yeni Əhmədli, Zığ, Hövsan və Qaraçuxur qəsəbələrindən Bakının mərkəzinə daşınmasını təmin etməyə imkan yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti