...

"TuranBank" ədliyyə işçilərinə endirimli istehlak kreditləri təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Noyabr 2014 13:39 (UTC +04:00)
"TuranBank " ədliyyə orqanlarının əməkdaşlarını peşə bayramları münasibətilə təbrik edərək 24-26 noyabr tarixləri aralığında onlar üçün bankın mövcud istehlak kreditlərinin illik faizlərində 3% endirim edir.
"TuranBank" ədliyyə işçilərinə endirimli istehlak kreditləri təklif edir

Azərbaycan, Bakı, 21 noyabr /Trend/

Ümummilli Lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli sərəncamına əsasən noyabrın 22-i Azərbaycanda ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

"TuranBank " ədliyyə orqanlarının əməkdaşlarını peşə bayramları münasibətilə təbrik edərək 24-26 noyabr tarixləri aralığında onlar üçün bankın mövcud istehlak kreditlərinin illik faizlərində 3% endirim edir. "Turanbank"dan cümə günü Trend-ə verilən məlumata görə, göstərilən tarixlərdə bankın istənilən filialına müraciət etməklə qeyd olunan endirimdən yararlanmaq mümkündür.

Kredit faizlərində endirim Bankın müxtəlif peşə sahibləri üçün nəzərdə tutulan endirimli kampaniyaları çərçivəsində həyata keçirilir.

Endirim kampaniyası haqda daha ətraflı məlumatı Bankın Məlumat Mərkəzinin 935 nömrəli telefonuna zəng etməklə əldə etmək olar.

Bankın digər "Pullarınız yerində saymasın" şüarı altında keçirilən yeni əmanət kampaniyası müştərilərin depozitlərini daha gəlirli edir. Cari ilin sonunacan davam edəcək aksiya zamanı Bankın "Sirlər Xəzinəsi" məhsulları içərisində ən gəlirli əmanət növü olan Xəzinə depozitinə yerləşdirilən vəsaitlər öz sahibinə illik 14,5% gəlir gətirəcək.

Bank, müştərilərə sərfəli şərtləri ilə seçilən, müxtəlif məqsədlər üçün istehlak, biznes, mikro, lombard, peşə və ipoteka kreditləri təklif edir. Bank, "Gözünüz aydın!" aksiyası çərçivəsində müştərilərinin gündəlik ehtiyaclarını qarşılamaq məqsədilə özünün "Kiçik Həcmli İstehlak", "Müəllim", "Səhiyyə", "Hərbçi" və "Təqaüdçü" kreditlərinin illik faizlərini endirmişdir. Adı çəkilən kredit məhsullarını illik 20%-dən başlamaqla zaminsiz Bankın istənilən filialında əldə etmək mümkündür.

Müştərilərinə maksimal rahat xidmət təklif etmək məqsədilə Bank, Hesab.az elektron xidmətlər portalı ilə birgə həyata keçirdiyi layihə çərçivəsində potensial müştərilərinə Bankın kredit məhsullarını onlayn rejimdə hesab.az saytı vasitəsilə sifariş etmək, mövcud kreditlərini isə ödəmək imkanı yaratmışdır. Müştərilər kreditlərin onlayn sifariş və ödənişini Bankın rəsmi saytı vasitəsilə (www.turanbank.az) də həyata keçirə bilərlər. Bankın müştəriləri, həmçinin MilliÖN (PayPoint) terminalları vasitəsilə də kredit borclarını ödəmək imkanına malikdirlər.

Bankın beynəlxalq statuslu MasterCard plastik kartları öz rəqabətqabiliyyətliliyi ilə seçilərək müştərilərə təklif edilir. Bankın MasterCard məhsul çeşidləri vasitəsilə SMS məlumatlandırma, Card to Card, Mobil Bankçılıq, Cash by Code və s. xidmətlərdən istifadə etmək mümkündür. Eyni zamanda Bank, əldə edilən plastik kartların üzərinə pulsuz şəkil həkk edilməsini təklif edir. Əlavə olaraq müştərilərə hədiyyələrin verilməsi məqsədilə hədiyyə kartları təklif edilir.
Hazırda Bank, öz müştərilərinə Western Union, Contact, Zolotaya Karona, Privatmoney, Blizko, IBA-Express, Lider və Monex kimi geniş çeşidli təcili pul köçürmə sistemləri üzrə xidmət göstərir.

Bankın 15 xidmət nöqtəsi (onlardan 8-i regionlarda: Gəncə, Sumqayıt, Ağstafa, Tovuz, Zaqatala, Xaçmaz, Cəlilabad və Qazaxda olmaqla) və 17 valyuta mübadilə şöbəsi fəaliyyət göstərir.

Bankın məhsul və xidmətləri haqqında ətraflı məlumatı saytından, https://www.facebook.com/TuranBankASC səhifəsindən və ya bankın 935 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti