...

Azərbaycanla İran arasında əczaçılıq, metallurgiya sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Noyabr 2014 13:13 (UTC +04:00)
Nazirlikdən Trend-ə verilən məlumata görə, nümayəndə heyətinə İranın rəsmi şəxsləri ilə yanaşı, sənayenin müxtəlif sahələrində fəaliyyət göstərən iş adamları daxil idi.
Azərbaycanla İran arasında əczaçılıq, metallurgiya sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan, Bakı, 27 noyabr /Trend/

"XXI əsrdə sənayeləşmə: Sənaye siyasətində əsas trendlər, müasir yanaşma və təcrübələr" mövzusunda Beynəlxalq Sənaye Konfransında iştirak etmək üçün Bakıda səfərdə olan İran İslam Respublikasının sənaye, mədən və ticarət naziri Məhəmməd Rza Nemətzadənin başçılıq etdiyi nümayəndə heyəti İqtisadiyyat və Sənaye Nazirliyində olmuşdur.

Nazirlikdən Trend-ə verilən məlumata görə, nümayəndə heyətinə İranın rəsmi şəxsləri ilə yanaşı, sənayenin müxtəlif sahələrində fəaliyyət göstərən iş adamları daxil idi.

İqtisadiyyat və sənaye naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu, dövlət başçılarının qarşılıqlı səfərlərinin və keçirilən görüşlərin əməkdaşlığın genişləndirilməsində xüsusi önəmini qeyd etmişdir. Bakıda keçirilən Beynəlxalq Sənaye Konfransında iştirakına görə iranlı nazirə təşəkkür edən Şahin Mustafayev tədbirin sənaye sahəsində əlaqələrin inkişafı və təcrübə mübadiləsi baxımından əhəmiyyətini vurğulamışdır.

İran İslam Respublikasının sənaye, mədən və ticarət naziri Məhəmməd Rza Nemətzadə qonaqpərvərliyə görə minnətdarlıq etmiş, Beynəlxalq Sənaye Konfransının əhəmiyyətini qeyd etmişdir. M.Nemətzadə İranda sənaye parklarının fəaliyyət göstərdiyini diqqətə çatdıraraq, bu sahədə qarşılıqlı təcrübə mübadiləsinin faydalı olacağını vurğulamışdır.

Ölkələrimiz arasında iqtisadi əlaqələrin mövcud vəziyyətinə və inkişaf perspektivlərinə dair fikir mübadiləsinin aparıldığı görüşdə İran iş adamları təmsil etdikləri şirkətlərin fəaliyyəti barədə məlumat vermiş, kənd təsərrüfatı, əczaçılıq, metallurgiya və s. sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti