...

Azərbaycanda istehlak inflyasiyası 0,1 faiz olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Dekabr 2014 16:36 (UTC +04:00)
2014-cü ilin noyabr ayında Azərbaycanda ərzaq məhsullarının qiymətləri 0,2 faiz bahalaşıb, qeyri-ərzaq malları və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri əvvəlki ayla müqayisədə eyni səviyyədə qalıb.
Azərbaycanda istehlak inflyasiyası 0,1 faiz olub

Azərbaycan, Bakı, 2 dekabr /Trend/

2014-cü ilin noyabr ayında Azərbaycanda ərzaq məhsullarının qiymətləri 0,2 faiz bahalaşıb, qeyri-ərzaq malları və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri əvvəlki ayla müqayisədə eyni səviyyədə qalıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,1 faiz bahalaşıb.

Ay ərzində mal, qoyun və toyuq ətlərinin, balıq məhsullarının, limonun, portağalın, naringinin, almanın, heyvanın, narın, xurmanın, kələmin, göyərtinin, baş soğanın, kökün, çuğundurun qiymətlərində ucuzlaşma, buğda ununun, əla növ buğda çörəyinin, düyünün, qarabaşaq yarmasının, kolbasa məmulatlarının, süd və süd məhsullarının, yumurtanın, kərə və zeytun yağlarının, üzümün, qozun, fındığın, şabalıdın, xiyarın, pomidorun, kartofun, sarımsağın, duzun, şəkər tozunun qiymətlərində isə bahalaşma müşahidə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti