...

"Union Lizinq" şirkəti kapitalını 10 dəfə artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Dekabr 2014 11:58 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Union Lizinq" ASC-nin 40 min manat dəyərində adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb.
"Union Lizinq" şirkəti kapitalını 10 dəfə artırır

Azərbaycan, Bakı, 11 dekabr /Trend, müxbir Maksim Tsurkov/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Union Lizinq" ASC-nin 40 min manat dəyərində adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb.

Trend-in QKDK-ya istinadən verdiyi məlumata görə, yerləşdirmə 10 manat nominallı 4 min səhmin həmin həcmdə bir manatlıq nominallı səhmə konvertasiyası yolu ilə həyata keçiriləcək.

Yerləşdirmə nəticəsində şirkətin nizamnamə kapitalı 4 min manatdan 40 min manata çatacaq.

Yerləşdirmənin anderrayteri qismində "Çelsi Kapital" MMC çıxış edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti