...

AzPMA-da asessorların illik görüşü keçirilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Dekabr 2014 14:00 (UTC +04:00)
AzPMA-da birinci asessor prof. İqbal Babayev və beynəlxalq birinci asessor prof. Sergey Buşuyev (Ukrayna) rəhbərliyi altında asessorların illik görüşü keçirilmişdir.
AzPMA-da asessorların illik görüşü keçirilib (FOTO)

Azərbaycan, bakı, 12 dekabr /Trend/

AzPMA-da birinci asessor prof. İqbal Babayev və beynəlxalq birinci asessor prof. Sergey Buşuyev (Ukrayna) rəhbərliyi altında asessorların illik görüşü keçirilmişdir.

AzPMA-da belə görüşlər hər il keçirilir. Asessorlar IPMA sistemi üzrə menecerlərin beynəlxalq sertifikatlaşdırma prosesinin yaxşılaşdırılması ilə bağlı sualları müzakirə edir, qayda və prosedurları yaxşılaşdırır, xüsusi komitələrin işini təkmilləşdirirlər.
Asessor - IPMA sertifikatlaşdırma proqramının qiymətləndirilməsi üzrə texniki və davranış biliklərinə malik, peşəkar və səlahiyyətli şəxsdir.

AzPMA-da fəaliyyət göstərən 5 asessor vardır ki, onlar prakitiki layihə menecerləridir və ən yüksək beynəlxalq sertifikatlaşmaya malikdirlər:
Sergey Buşuyev, dünyanın 7 ölkəsində birinci asessor, 5 ölkədə sertifikatlaşdırma proqramının beynəlxalq validatoru (yoxlayıcısı), texniki elmlər doktoru, professor,

İqbal Babayev, IPMA-nın birinci asessoru, IPMA-nın Azərbaycan komitəsinin rəhbəri, texniki elmlər doktoru, professor

Məzahir Cəmilov, Sertifikatlaşdırılmış layihlər direktoru IPMA level "А"

İlham Yusifli, Sertifikatlaşdırılmış aparıcı layihə meneceri IPMA level "B"

Murad Bağırzadə, Sertifikatlaşdırılmış aparıcı layihə meneceri IPMA level "B".

Görüşdə AzPMA-nın prezidenti İqbal Babayev qeyd etdi: "Çox xoşdur ki, AzPMA-nın bütün asessorları bu görüşdə iştirak edə bildilər. Daim məşğul olmağımıza və layihələr həyata keçirməyimizə baxmayaraq, hər birimiz beynəlxalq sertifikatlaşdırma prosesinin təkmilləşdirilməsi üçün öz töhfəmizi verərək, təcrübəmizi gənc mütəxəssislərə ötürürük."

AzPMA asessorların növbəti görüşü 2015-ci ildə keçiriləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti