...

"Marketing Kingdom 3" dünyanın marketinq elitasını Azərbaycana gətirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Dekabr 2014 17:41 (UTC +04:00)
Azərbaycanda biznes tədbirlərinin aparıcı təşkilatçısı olan "P World" bu yaxınlarda ölkənin yeganə beynəlxalq marketinq tədbiri olan “Marketing Kingdom Baku” tədbirinin üçüncü buraxılışının 16-17 aprel 2015-ci il tarixlərində Bakıda keçiriləcəyini elan edib.
"Marketing Kingdom 3" dünyanın marketinq elitasını Azərbaycana gətirir

Azərbaycanda biznes tədbirlərinin aparıcı təşkilatçısı olan "P World" bu yaxınlarda ölkənin yeganə beynəlxalq marketinq tədbiri olan "Marketing Kingdom Baku" tədbirinin üçüncü buraxılışının 16-17 aprel 2015-ci il tarixlərində Bakıda keçiriləcəyini elan edib.

"Platinum Sponsor" qismində "Nar Mobile", "Korporativ bank seçimi" qismində isə "PAŞA Bank" tərəfindən dəstəklənən tədbir ardıcıl olaraq ikinci ildir həyata keçirilir.

P World-un qlobal icraçı direktoru və "Marketing Kingdom Baku"nun tədbir direktoru Kosta Petrov tədbirlə bağlı öz fikrini bildirib: "Marketing Kingdom Baku 3" dünyanın ən tanınmış marketinq və kommunikasiya ekspertlərini bir araya gətirir. Biz "Google", "Unilever", "P&G", "Rolls Royce" və "Visa International" kimi bir sıra yüksək səviyyəli şirkətlərin nümayəndələri tərəfindən xüsusi təqdimatların olacağını elan etdiyimiz üçün çox şadıq. Biz əminik ki, bu bizim indiyədək keçirdiyimiz ən yüksək səviyyəli tədbirlərdən biri olacaq".

İki günlük qlobal tədbir mobil marketinq üzrə "Google" şirkətinin nümayəndəsi tərəfindən keçiriləcək təqdimatla start götürəcək. Daha sonra "Unilever" şirkətinin nümayəndəsi tərəfindən brendinq məzmununun əhəmiyyəti haqqında sessiya ilə davam edəcək.

Həmçinin tədbir zamanı iştirakçılar "Visa International" tərəfindən yüksək səviyyəli media strategiyasının necə yaradılması, "BBC" tərəfindən sosial media üzrə ölçü tədbirlərinin görülməsi, "Rolls Royce" tərəfindən lüks sənayesində marketinq, eləcə də "Heineken", "Masdar", "Danone" və "Fox Broadcasting Union" şirkətlərinin nümayəndələrinin təcrübi marketinq üzrə təqdimatlarını dinləyəcəklər.

"Marketing Kingdom Baku 3" tədbirinin proqramına dünyanın ən yüksək səviyyəli sosial media ekspertlərindən biri, "Forbes" jurnalının 1 nömrəli sosial media müşaviri Şon Qardnerin müştəri marketinqi üzrə sessiyası da daxil edilib.

Tədbirin tərəfdaşları: Trend.az, Magazine Boutique Bakı, Day.az, Mak.az, Facemark.az, Smartskills.az, AIESEC Azərbaycan, GT Group

"Marketing Kingdom" Xorvatiya, Serbiya, Gürcüstan, Qətər və Azərbaycan kimi ölkələrdə illik buraxılışları ilə dünyanın ən böyük marketinq tədbirlərindən biridir.

Bu, ödənişli tədbirdir və bilet qiymətləri erkən rezervasiya sistemi üzrə işləyir: yəni erkən qeydiyyat aşağı qiymət deməkdir. İlk və ən ucuz qeydiyyat müddəti dekabrın 26-da sona çatır. Proqram, qiymətlər və qeydiyyat barədə əlavə məlumat üçün aşağıdakı linkə daxil ola bilərsiniz:

http://www.thepworld.com/pevents/event/64/marketing-kingdom-baku-2:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti