...

Belarus Azərbaycanda dəmiryol infrastrukturunu layihələndirməyə hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Dekabr 2014 14:14 (UTC +04:00)
Belarusun "Beljeldorproyekt" institutu Azərbaycanın dəmir yolları üçün infrastrukturun layihələndirilməsində iştirak etməyi planlaşdırır.
Belarus Azərbaycanda dəmiryol infrastrukturunu layihələndirməyə hazırdır

Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir Səba Ağayeva/

Belarusun "Beljeldorproyekt" institutu Azərbaycanın dəmir yolları üçün infrastrukturun layihələndirilməsində iştirak etməyi planlaşdırır. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç deyib.

Onun sözlərinə görə, Belarus və Azərbaycanın ikitərəfli əməkdaşlığının inkişafının vacib istiqaməti artıq tikinti sahəsində birgə layihələrin realllaşdırılması olub: "2013-cü ilin sonunda Belarus inşaatçıları İsmayıllı rayonunda məcburi köçkünlər üçün yaşayış qəsəbəsinin salınması işini başa çatdırıblar. Belarusun layihə təşkilatları Azərbaycanın müvafiq təşkilatları ilə fəal əməkdaşlıq edirlər.

N.Patskeviç qeyd edib ki, 2014-cü ildə Belarusun "BelNİİPqradostroitelstva" layihə institutu Qobu qəsəbəsinin baş planının işlənməsinə başlayıb.

Diplomat əlavə edib ki, gələcək il üçün Azərbaycan və Belarus arasında Ticari-İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın doqqozuncu iclasının keçirilməsi planlaşdırılıb: "İclasın Minskdə keçirilməsi nəzərdə tutulur. İclasda tərəflər ticari-iqtisadi əlaqələrin inkişaf məsələlərini və iki ölkənin gələcək əməkdaşlığının yeni perspektivli sahələrini müzakirə edəcəklər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti