...

PAŞA Bank “Azərbaycanda pərakəndə ticarət” mövzusunda biznes forum keçirdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Dekabr 2014 14:32 (UTC +04:00)
Bu gün Bakıda “Azərbaycanda pərakəndə ticarət: hazırkı vəziyyəti və perspektiv inkişaf istiqamətləri” mövzusunda biznes forum keçirilib.
PAŞA Bank “Azərbaycanda pərakəndə ticarət” mövzusunda biznes forum keçirdi

Azərbaycan, Bakı, 18 noyabr /Trend /

Bu gün Bakıda "Azərbaycanda pərakəndə ticarət: hazırkı vəziyyəti və perspektiv inkişaf istiqamətləri" mövzusunda biznes forum keçirilib. Azərbaycan Respublikasının Milli Sahibkarlar (Işəgötürənlər) Konfederasiyasının dəstəyi ilə tədbirin təşkilatçısı qismində ölkənin ən iri banklarından biri olan PAŞA Bank çıxış edib.

Yerli biznesin 40-dan artıq nümayəndəsi forumda iştirak edib. Tədbir çərçivəsində dəvət olunmuş mütəxəssislər və forum iştirakçıları son illər pərakəndə satış sahəsinin inkişaf tendensiyalarını, Bakıda və regionlarda cari vəziyyətini, özəl və dövlət sektorları arasında daha məhsuldar dialoqun yaradılması imkanlarını və sair mövzuları müzakirə etmişlər.

PAŞA Bankı və Sahibkarlar Konfederasiyasını təmsil edən tədbir aparıcıları forum iştirakçıları ilə gələcəkdə pərakəndə satış sahəsinin qarşılaşacağı mümkün problemləri və çağırışlar haqqında, bu sahədə fəaliyyət göstərən yerli şirkətlərin gələcəkdə stimullaşdırılması üçün dünya təcrübəsinin tətbiq olunması perspektivlərinə baxışlarını paylaşmışlar.

PAŞA Bank - Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş Bank, geniş spektrli korporativ bank xidmətlərini göstərir, eləcə də kreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri. Baş ofis və 10 Biznes-mərkəzləri ilə təmsil olunan PAŞA Bankda 300 nəfərdən çox əməkdaş çalışır. "Europe Banking Awards" 2011, 2012, 2013 çərçivəsində Bank "Azərbaycanın ən yaxşı İnvestisiya Bankı" elan olunmuşdur, 2013 və 2014-cü illərdə isə "World Finance" tərəfindən "Best Private Bank in Azerbaijan" adına layiq görülmüşdür.

PAŞA Bank Azərbaycanın iri investisiya Holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA Şirkətlər Qrupuna aiddir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti