...

Layihələrin idarə edilməsi – Azərbaycan şirkətlərinin yeni trendidir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Yanvar 2015 10:00 (UTC +04:00)
Layihələrin idarə edilməsi – Azərbaycan şirkətlərinin yeni trendidir, bunu Layihələrin İdarə Edilməsi Azərbaycan Assosiasiyası (AzPMA) əldə etdiyi nəticələrə əsaslanaraq söyləyə bilir.
Layihələrin idarə edilməsi – Azərbaycan şirkətlərinin yeni trendidir (FOTO)

Layihələrin idarə edilməsi - Azərbaycan şirkətlərinin yeni trendidir, bunu Layihələrin İdarə Edilməsi Azərbaycan Assosiasiyası (AzPMA) əldə etdiyi nəticələrə əsaslanaraq söyləyə bilir. 2014-cü ilinin nəticələrinə əsasən Azərbaycanda 24 menecer IPMA-nın layihələrin idarə edilməsi üzrə beynəlxalq sertifikatına yiyələnmişdilər ki, bu da son illərin ən yüksək göstəricidir. Bu sənədi AzPMA təşkilatı IPMA-nın sertifikatlaşdırma üzrə rəsmi orqanı kimi təqdim edir, sertifikat isə dünyanın 58 ölkəsində tanınır.

AzPMA missiyasının həyata keçirilməsi məqsədi ilə, bu il də Azərbaycan menecerlərini layihələrin idarə edilməsi üzrə dünyanın ən yaxşı təcrübəli peşəkarları ilə tanış etməyə davam etdi. 2014-cü ildə layihələrdə praktiki işlərin yerinə yetirilməsində ən aktual mövzular üzrə 3 beynəlxalq təlim keçirilmişdir. Bu təlimlərdə 66 nəfər iştirak etmişdir. AzPMA-nın dəvəti ilə Bakıda təlim keçirmişdir: məsləhətçi və layihə meneceri kimi 20-illik təcrübəyə malik mütəfəfkkir Gilbert Silvius (Niderland); layihələrin idarə edilməsi üzrə dünya üzrə tanınan təlimçi, professor, texniki elmlər doktoru və məsləhətçi-praktik Sergey Buşuyev (Ukrayna); məsləhətçi və beynəlxalq standartlara əsasən IPMA A dərəcəsi - sertifikatlaşdırılmış layihələr direktoru Dmitriy Lukyanov (Ukrayna). Təlim iştirakçıları qeyd etmişdilər ki, bu tədbirlərdə öz iş həyatlarında uğurla tətbiq edə bildikləri maraqlı təcrübi biliklər əldə etmişdilər.

Eləcə də, 2014-cü ildə AzPMA-da yerli təlimçi-praktiklər ilə 12 təlim keçirilmişdir. Bu təlimlərdə müxtəlif fəaliyyət sahəsi üzrə 66 mütəxəssis iştirak etmişdir. Ən çox keçirilən təlimlər "Layihələrin idarə edilməsinin əsasları", "Microsoft Project proqram təminatının istifadəsi", "Primavera proqram təminatı", "Time Management" və s. olmuşdur.

AzPMA-nın 15-illik tarixində ilk dəfə olaraq gənc mütəxəssislər üçün Azərbaycan Texniki Universitetində layihərin idarə edilməsi və innovasiyalar Mərkəzi açlmışdır. Mərkəzin açılışı həm universitet, həm də Respublikanın layihə menecerləri üçün şad və yaddaqalan hadisə olmuşdur. Bu Mərkəz ölkədə peşəkar mütəxəssislərin hazırlanmasında böyük rol oyanayacaq və tələbələr, aspirantlar üçün bu peşənin daha dərindən öyrənilməsinə imkan yaradacaqdır.

AzPMA Project Managers' Club-da keçirilən yeni ünsiyyət formatı da menecerlər tərəfindən marağa səbəb olmuşdur. Klub çərçivəsində aktual mövzular üzrə 7 dəyirmi masa keçirilərək 140 nəfərin iştirakı qeydə alınmışdır.

"Bu il biz layihə menecmentinə yüksək maraq ayırılmışdır, bunu assosiasiyamızın yekun nəticələr üzrə rəqəmləri təsdiqləməyə əsas verir. Dünyada proseslərin idarə edilməsindən biznesin layihəli idarə edilməsinə keçid artıq başlamışdır. Mən çox şadam və fəxr edirəm ki, AzPMA biznes idarəetmənin dünya tendensenyilarına uyğun olaraq Azərbaycanın inkişafında öz töhvəsini vermişdir. Gələn il biz bir sıra geniş məzmunlu və praktiki yönümlü layihələrin həyata keçirilməsini planlaşdırırıq.", - AzPMA-nın prezidenti, prof. İqbal Babayev qeyd etdi.

Bizə qoşulun:

www.ipma.az

www.facebook.com/ipma.az

linkedin.com

Press xidmət

Azerbaijan Project Management Association (AzPMA)

[email protected]

www.ipma.az

Tel: (99412) 497 13 57

AZ1065, Baku, Azerbaijan, 40, J.Jabbarli str.

AzPMA təşkilatı haqda arayış AzPMA Azərbaycanda International Project Management Association (IPMA) -nın Milli Assosiasiyası və eyni zamanda beynəlxalq sertifikatlaşdırma üzrə yeganə rəsmi orqanıdır.

AzPMA - ictimai təşkilatdır- intellektual xidmətlər bazarında layihələrin idarə edilməsi və təşkilatın inkişaf etdirilməsi üzrə müasir texnologiyalar sahəsində fəal mövqe tutur. 1999-cu ildə Bakıda təsis edilmişdir və 15-illik tarixi ərzində uğurlu layihələrə imza atmışdır.

AzPMA bugünədək 150-dən artıq yerli və beynəlxalq təlimlər təşkil etmiş və ölkənin 80-dən artıq inkişaf etmiş şirkət və müəssisələrinin 2000-dən artıq Layihə Menecerini təlimləndirmişdir. Artıq bugün Azərbaycanda 208 peşəkar IPMA-nın beynəlxalq Layihə Meneceri statusunu almışdır. Onların adı beynəlxalqmilli sertifikatlaşdırılmış Layihə Menecerləri reyestrində qeydiyyatdan keçmişdir.

AzPMA-nın əsas fəaliyyət istiqamətləri: layihə menecerləri üçün sеrtifikatlaşdırma, tədrisüzvlük klubunda təcrübə mübadiləsi

Məqalədə:
Xəbər lenti

Xəbər lenti