Azərbaycan, Bakı, 25 mart /Trend/
Harvey Nichols Bakı, Azərbaycanda ən yeni mağazasının rəsmi açılışını elan etməkdən qürur duyur: mağaza lyuks Azərbaycan alıcısına ən eksklüziv və maraqlı dəb, gözəllik və qonaqpərvərlik evi təklif edir.
Nəsimi rayonunun mərkəzində, Globus Plaza-da yerləşən mall 12 000 kvadrat metr ərazini və 7 mərtəbəni özünə daxil edir. Mağaza qadın, kişi, uşaq, gəlinlik geyimi, parfümeriya və kosmetika üzrə 500 beynəlxalq dizayner brendinə ev sahibliyi edir və stilli Bakı alıcısına hesablanmış qonaqpərvərlik təklif edir.
Harvey Nichols Qrupunun Baş İcraçı Direktoru Steysi Kartrayt deyib:
"Biz Azərbaycanda ilk mağazamızın açılmasına sevinirik. Bu mağaza dünyada top lyuks satış nöqtələrindən biri olmağa iddialıdır və biz Bakının zövqlü alıcısına lyuks şoppinq və qonaqpərvərlik təqdim etməkdən məmnunuq".
Akşin Abdilov, Perfomans-ın direktoru (Azərbaycan üçün eksklüziv lisenziya) bildirib:
"Bakı son illərdə moda sahəsində çox önə gedib və Harvey Nichols Baku-nun açılışı dünyanın aparıcı podiumlarından ən stilli brendləri cəlb etməyə kömək olacaq. Müstəsna kolleksiyalarla bərabər biz alıcılarımıza unikal şoppinq təcrübəsi məsələsində çox vacib olan şəxsi şoppinq və stilli məsləhəti kimi şəxsi VIP xidmətlər təklif edəcəyik.
ÜDM-yə görə, Azərbaycan 2000-2010-cu illərdə dünyada ikinci ən sürətlə inkişaf edən iqtisadiyyata sahib olub (Mənbə: The Economist) və son beş ildə Azərbaycanda zəngin insanların sayı 4 dəfədən çox artıb (mənbə: Euromonitor International). Yeni Harvey Nichols Baku 500 daimi və bütöv-ştat işçi heyətini iş yeri ilə təmin edib.
İnteryer dizaynı üzrə tanınmış London şirkəti tərəfindən tərtib olunmuş yeni mağaza Bakının vibrasiyasını, ruh və enerjisini əks etdirir. Memarlıq gözəl təəssürat yaradan, eleqant və özündə dəb, gözəllik və qonaqpərvərliyi birləşdirən təkrarolunmaz dəbdəbəli məkan yaratmaq üçün müasir və ənənəvi materiallarla vəhdət təşkil edir.
Dünyanın ən arzu olunan brendlərinin nəfis məhsulları müştərilərə tayı-bərabəri olmayan xidmətlərlə tamamlanır. Bu xidmətlərə təcrübəli və hazırlıqlı beynəlxalq stilist və şəxsi şoperlərdən ibarət komandanın təqdim olunması daxildir. Bu komanda müştəriləri ekspert rəyləri və mövsüm tendensiyaları ilə təmin edəcək.
Harvey Nichols Baku mağazasının direktoru Devid Keyrindaff deyib:
"Mən bu unikal layihənin bir hissəsi olmaqdan çox məmnunam. Həqiqətən inanıram ki, bu layihə Bakıdakı müştərilərin şopinqə baxışlarını dəyişəcək. Bizim hədəfimiz unikal yolla müştərimizi əyləndirmək, əsl Harvey Nichols London təcrübəsini şəhərə gətirmək, eləcə də müştərilərimizin mağazamızın yeni bölmələrinin tapmasında zövq almasını təmin etməkdir: eksklüziv və həyəcanlandırıcı dəb yeniliklərindən, qulluq məkanlarından restoran və digər qonaqpərvər məkanlara qədər.
Harvey Nichols Baku Böyük Britaniya və İrlandiya hüdudlarından kənarda Harvey Nichols-un portfoliosunda 8-ci beynəlxalq mağazadır.
Əlavə məlumat əldə etmək üçün, zəhmət olmasa, əlaqə saxlayın:
Harvey Nichols
Michelle Cook, Group Press Manager
Tel: 0044 (0) 20 7201 8450
E-mail: [email protected]
Olive Project
Tel: (+994 12) 4371013
E-mail:[email protected]
Harvey Nichols GROUP barədə
Harvey Nichols lyuks pərakəndə satış sahəsində dünyada aparıcı adlardandır. Harvey Nichols öz müştərilərinə qadın, kişi geyimi, aksessuar, gözəllik və yemək üzrə ən prestijli brendlərin geniş çeşidini təqdim edir.
1831-ci ildə əsası qoyulan Harvey Nichols bu gün London, Bristol, Mançester, Edinburq, Birminqem, Lids, Liverpulda mağazalara sahibdir, eləcə də gözəlliyə həsr olunmuş - Beauty Bazaar. Böyük Britaniya sərhədlərindən kənarda İrlandiyada Dublində, beynəlxalq səviyyədə isə Honkonq, Dubay, Ər-Riad, İstanbul, Ankara və Kuveytdə mağazalara sahibdir. Londondakı flaqman mağazası şəhərin ən dəbli və eksklüziv ticarət rayonu olan Naytsbricin mərkəzində yerləşir. Mağazanın ümumi ərazisi 220 min kvadrat futdur.
Harvey Nichols barədə əlavə məlumatı www.harveynichols.com veb-saytından əldə etmək olar.
PERFOMANS AZERBAIJAN barədə
Perfomans (Harvey Nichols-un Azərbaycanda eksklüziv lisenziatı) yerli iqtisadiyyatın inkişafında aktiv şəkildə iştirak edən Azərbaycanın aparıcı investisiya qruplarından biri olan General Construction-ın filialıdır. 2001-ci ildə bir sıra tikinti layihələrinin reallaşdırılması məqsədilə əsası qoyulan bu şirkət tikinti, pərakəndə satış, energetika, turizm, idman və istehsal kimi sahələrdə maraqları olan müasir investisiya qrupuna çevrilib.
General Construction barədə əlavə məlumatı www.gcc.az veb-saytından əldə etmək olar.
Aşağı mərtəbə
Müştərilə öz səyahətlərinə Gözəllik və Parfümeriya bölmələrindən başlayırlar, ardınca Gənc dəb və Müasir qadın bölmələri, çanta, günəş eynəkləri, bəzək əşyaları və saatlar da daxil olmaqla, aksessuar və hədiyyələrə həsr olunmuş eksklüziv zona gəlir.
Birinci mərtəbə
Özünə gündəlik, rəsmi geyim, ayaqqabı və aksessuarları daxil edən kişi geyimi bölməsi ikinci mərtəbədə yerləşir. Eləcə də, ikinci mərtəbədə qadın geyimləri, ziyafət geyimləri və ayaqqabı bölmələri yerləşir. Bu bölmələr beynəlxalq dizayner brendləri, eləcə də müasir brendlərin geniş məhsul çeşidini təklif edir.
İkinci mərtəbə
Uşaq geyimi və aksessuarlar, yeni anadan olmuş körpələrdən 12 yaşa qədər olan uşaqlar və 13-18 yaş arası olan yeniyetmələr üçün qida. Eləcə də, müştərilərə dizayner alt geyimi məhsullarından ibarət nəfis kolleksiya təqdim edilir. Xüsusi hazırlanmış personal sizi bra ölçüsü və toy alt geyimi üzrə ekspert məsləhəti ilə təmin etməyə hazırdır.
Dördüncü mərtəbə
Harvey Nichols çoxlu sayda müxtəlif xidmətlərin təqdim edildiyi lyuks şopinq təcrübəsi təklif edir - həyatın xüsusi hadisəsi üçün edilən alış-verişdən, ideal hədiyyə seçiminə qədər, qarderobun yenilənməsi və ya mövsüm tendensiyaları üzrə məsləhətlər: ekspert stilistlərdən ibarət qruplar müştərilərə stressiz, stilli və mümkün olduğu qədər xoş alış-veriş etmək üçün yaxınlıqdadır. Qonaqlar rahat şəxsi syutda istirahət edə və eyni zamanda Harvey Nichols personal şopinq komandasından stil üzrə məsləhətlər ala bilər. VIP-müştərilə beşulduzlu restoranda vaxt keçirə bilər, bu zaman ərzində isə personal şoper onun üçün eksklüziv luklar seçəcək. Xüsusi qrup sizə son tendensiyalar barədə məsləhət verə bilər. Eləcə də personal şopinq komandası sizin üçün evə çatdırılmanı da təşkil edə bilər.
Gəlin və bəylər ən gözəl toy geyimlərinin, kostyum üçün materialların və məşhur dizaynerlərin hazırladığı aksessuarların geniş çeşidindən seçim edə bilərlər. Ailə və dostlar da bu xüsusi hadisə üçün seçim etmək imkanına sahib olacaqlar.
Altıncı Mərtəbə Frankie Restoranı
Harvey Nichols İstanbulun məşhur Frankie Istanbul restoranını Bakıda təqdim etməkdən qürur hissi duyur. Aralıq dənizi mətbəxinin müasir Azərbaycan dad çalarları ilə dadlı yeməklərindən şəhərə panorama mənzərəsi olan eleqant məkanda zövq alın. 120-cover restoran gözəl düşünülmüş kokteyllərin genişi seçimini təqdim edən unikal bara sahibdir. Yeni və xarici musiqiçilərin akustik canlı ifalarından zövq alın.
Yeddinci mərtəbə Frankie Lounge and Club
Dəbli klub son hitləri səsləndirən eksklüziv DJ-ləri qəbul edəcək, daha sakit atmosferə üstünlük verənlər isə şəhərə gözəl mənzərəsi açılan lounge-a üz tuta bilərlər.
Yaxşı havada art-texnologiyalar bütün məkanı bir düyməyə basmaqla terrasa çevirə bilir.
Instagram: @harveynichols_az
Facebook: Harvey Nichols Baku
www.harveynicholsbaku.com
(+994 12) 464 92 00