• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Daxil ol
  • Qeydiyyatdan keç
  • Əsas səhifə
  • İqtisadiyyat
  • Biznes və iqtisadiyyat xəbərləri

Tatarıstan Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıdır

13 Aprel 2015 17:09 (UTC+04:00)
  • 0
  • 0

Azərbaycan, Bakı, 13 aprel /Trend/

Bu gün Bakı Biznes Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan-Rusiya biznes-forumu keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycan və Tatarıstan tərəfindən rəsmi şəxslərlə yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 50-yə yaxın iş adamı iştirak edib.

Biznes-forumu açan iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev yüksək tərəfdaşlıq səviyyəsində olan Azərbaycan-Rusiya əlaqələrinin uğurla inkişaf etdiyini, bu əməkdaşlığın Rusiya Federasiyasının federal subyektləri ilə də həyata keçirildiyini vurğulayıb. Qeyd edilib ki, Azərbaycan ortaq din, mədəniyyət və ənənələrə malik Tatarıstanla müxtəlif sahələrdə uğurla əməkdaşlıq edir: "Tatarıstan nümayəndə heyətinin Azərbaycana bu səfəri də əməkdaşlığın inkişafına, iqtisadi əlaqələrin daha genişlənməsinə öz töhfəsini verəcək. Sabah Gəncə avtomobil zavodunda "KamAZ" markalı yük maşınlarının yığılması üzrə konveyerin istifadəyə verilməsi Azərbaycan və Tatarıstan arasında əlaqələrin uğurlu inkişafının daha bir göstəricisidir".

Ş.Mustafayev neft maşınqayırması, neft kimyası, dərman istehsalı, İKT, turizm, o cümlədən tibb turizmi və s. sahələrdə geniş əməkdaşlıq imkanlarının olduğunu diqqətə çatdırıb.

RF Tatarıstan Respublikası Baş nazirinin müavini, sənaye və ticarət naziri Ravil Zaripov Rusiya Federasiyasının digər subyektləri kimi, Tatarıstanın da Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb, ölkəmizdəki iqtisadi inkişafın əməkdaşlığın dərinləşdirilməsi üçün böyük imkanlar yaratdığını ifadə edib. R.Zaripov Tatarıstan iqtisadiyyatı barədə məlumat verərək, Tatarıstanın Rusiyanın sürətlə inkişaf edən bölgələrindən olduğunu qeyd edib, bu gün keçirilən biznes-forumun iş adamları arasında əlaqələrin genişləndirilməsində və yeni əməkdaşlığın qurulmasında əhəmiyyətli olacağını vurğulayıb, Azərbaycan iş adamlarını Tatarıstana dəvət edib.

Tədbirdə iştirak edən Azərbaycan və Tatarıstan şirkətləri fəaliyyətləri barədə məlumat verib, iki ölkə arasında əməkdaşlığın inkişafı istiqamətləri müzakirə edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı news@trend.az
Bizi Twitter-dən izləyin @trend_az

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • biznes-forum
  • Ravil Zaripov
  • Tatarıstan
  • Şahin Mustafayev
Digər xəbərlər
Azərbaycanla Rusiya arasında əməkdaşlıq proqramları imzalanıb
Biznes və iqtisadiyyat xəbərləri 9 Dekabr 14:44
Azərbaycan Rusiyaya 1,2 milyard dollar investisiya yatırıb
Biznes və iqtisadiyyat xəbərləri 9 Dekabr 13:56
Şahin Mustafayev Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının sədri təyin edilib
İqtisadiyyat 7 Dekabr 17:27
İran və Azərbaycan münasibətlərin inkişafı istiqamətində çoxlu müsbət addımlar atıblar
Siyasət 5 Dekabr 09:21
Baş nazirin müavini: Azərbaycan Rusiyaya kənd təsərrüfatı məhsullarının tədarükünü iki dəfə artıra bilər
Biznes və iqtisadiyyat xəbərləri 23 Noyabr 16:19
Tatarıstanda 30-dan çox uşaq zəhərləndi
Dünya xəbərləri 2 Noyabr 17:15
Xəbər lenti
ABŞ-ın əsas hədəfi qəbul edilən “qətnamə” vasitəsilə Türkiyəni cəzalandırmaq idi - Politoloq
Siyasət 09:29
Cəbhədə atəşkəs yenə pozuldu - 20 dəfə
Dağlıq Qarabağ Münaqişəsi 09:18
İstirahət günlərində hava necə olacaq?
Gündəm 09:11
29 min "Facebook" əməkdaşının məlumatları oğurlanıb
Telekommunikasiya 08:46
Morales Argentinada Boliviyanın sərhədi yaxınlığında yaşayacaq
Dünya xəbərləri 08:05
Humanitar təşkilatın 4 üzvü öldürülüb
Dünya xəbərləri 07:21
Tramp: ABŞ-ın Kosmik Qüvvələri hücum xarakteri daşıyacaq
Dünya xəbərləri 06:23
2019-cu ildə 70-dən artıq KİV əməkdaşı öldürülüb
Gündəm 05:29
Tarmenxan Babayev Avropa birinciliyində bürünc medal qazanıb (FOTO)
İdman 04:55
Ən çox oxunanlar
Yeni il bayramında orta məktəblərdə neçə gün tətil olacaq? - Nazir müavinindən AÇIQLAMA
Yeni il bayramında orta məktəblərdə neçə gün tətil olacaq? - Nazir müavinindən AÇIQLAMA
Rəfael Dadaşov yaxın günlərdə evə buraxılacaq
YAP 126 nəfər səlahiyyətli nümayəndənin adını MSK-ya təqdim edib
Nəzər nöqtəsi
Türkiyəli diplomat: ABŞ Senatının qondarma “erməni soyqırımı” ilə bağlı qətnaməsi hüquqi aspektdən məhrumdur

Türkiyəli diplomat: ABŞ Senatının qondarma “erməni soyqırımı” ilə bağlı qətnaməsi hüquqi aspektdən məhrumdur

Seçkilərdə iştirak etmək potensialı olmadığı üçün "Milli Şura" çirkin yollara əl atır - Deputat
"Real"la Azər Qasımlının eyni dairə qalmaqalı: müxalif cəbhədə sular indidən bulanır
Azernews Newspaper
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Xəbər terminalı
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2019 Trend News Agency
İstifadə şərtləri