...

Bank VTB (Azərbaycan) dollarla olan kreditlərin ödəniş prosesini sadələşdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Aprel 2015 20:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 aprel /Trend/

Bank VTB (Azərbaycan) dollarla olan kreditlərin ödənişini sadələşdirmək və borcalanın maliyyə yükünü azaltmaq məqsədilə bir sıra tədbirlər həyata keçirir.

Bankdan Trend-ə verilən məlumata görə, müştərinin istəyindən asılı olaraq, bank müştərilər üçün fərdi ödəniş qrafikləri təqdim etməyə və kredit müddətini artırmağa hazırdır. Bu tədbirlər manat ekvivalentində aylıq ödənişləri əvvəlki səviyyədə saxlamağa imkan verəcək.

Bank VTB-nin (Azərbaycan) İdarə Heyətinin sədri Yuri Yakovlev bildirib: "Biz müştərilərimizin qarşılaşdığı çətinlikləri nəzərə alırıq və borclarının ödənilməsi üçün əlverişli şərait yaratmağa çalışırıq. Biz müştərilər üçün güzəştə gedib onların kredit ödənişlərini asanlaşdırmağa hazırıq. Bank VTB (Azərbaycan) müştərilərinə qiymət verir və çətin şəraitdə onlara dəstək olmağa hazırdır".

Dollarla olan kreditlərin aylıq ödənişində çətinliklə qarşılaşan müştərilər Bank VTB-nin (Azərbaycan) istənilən filialına yaxınlaşa və ya 986 nömrəsi ilə bankın mütəxəssislərindən əlavə məsləhət ala bilər.

Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və "AtaHolding" ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcə də fiziki şəxslərə xidmət göstərir. Bu gün bank 14 filial və baş ofis yanında Müştəri xidmətləri idarəsi ilə təmsil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti