...

"Ekspo-2015": "Coca-Cola"nın texnoloji pavilyonu Milanda

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Aprel 2015 15:11 (UTC +04:00)
Mayın 1-də İtaliyanın Milan şəhərində müasir texnologiyaların nailiyyətlərinə həsr olunmuş beynəlxalq sərgilərin ən əhəmiyyətlisindən birinə start veriləcək.
"Ekspo-2015": "Coca-Cola"nın texnoloji pavilyonu Milanda

Azərbaycan, Bakı, 30 aprel /Trend/

Mayın 1-də İtaliyanın Milan şəhərində müasir texnologiyaların nailiyyətlərinə həsr olunmuş beynəlxalq sərgilərin ən əhəmiyyətlisindən birinə start veriləcək.

"Ekspo" sərgisi ilk dəfə olaraq 1851-ci ildə Londonda keçirilib. Bu müddət ərzində sözügedən tədbir bir çox ölkə və şəhəri ziyarət edib - Braziliyanın Rio de Janeyro şəhərindən Avstraliyanın Melburn şəhərinədək. Hər bir sərgi müxtəlif mövzulara aiddir. Belə ki, son dəfə 2012-ci ildə Cənubi Koreyanın Yosu şəhərində təşkil olunmuş sərgi okean və sahillərə həsr olunmuşdur. Builki sərgi isə "Planeti bəsləmək. Həyat üçün enerji" adlanır və "Ekspo" tarixində ən kütləvi olacağını vəd edir: 145 iştirakçı ölkə, 1 mln. kv. metrdən artıq sərgi sahəsi və 20 mln. ziyarətçi gözlənilir.

"Coca-Cola" şirkəti ilə "Ekspo" arasında uzun illəri əhatə edən qarşılıqlı əlaqələr mövcuddur: ilk dəfə olaraq "Coca-Cola" bu sərgiyə 1893-cü ildə qatılıb, 1933-cü ildə Çikaqoda ümumdünya sərgisi çərçivəsində isə şirkət özünün çoxsaylı innovasiyalarından birini - "Dole Master" içkilərinin süzmə prosesini həyata keçirən avtomatik avadanlığını təqdim edib. Təəccüblü deyil ki, 2015-ci ildə "Coca-Cola" şirkəti sərginin rəsmi tərəfdaşı qismində çıxış edəcək və ziyarətçilərə şəxsi pavilyonunu nümayiş etdirəcək. Şirkətin sərgidəki ekspozisiyası əsasən ətraf mühitin dayanıqlığı, enerji balansı, yerli istehsalçıların dəstəklənməsi, 5by20 (qadın sahibkarların dəstəklənməsi üzrə beynəlxalq proqram) kimi mövzulara həsr olunacaq.

"Coca-Cola"nın pavilyonunun dizaynı Milan memarı Campyero Peya tərəfindən hazırlanıb və şirkətin bütün fəaliyyətində istifadə olunan yüksək ekoloji standartları özündə əks etdirir. Burada ətraf mühit üçün təhlükəsiz materiallardan və ən müasir ekotexnologiyalardan istifadə olunub. Pavilyon minimalistik dizayn üslubunda hazırlanıb və sadə formaya malikdir - tərəfləri 30 və 25 metr təşkil edən paralelepiped. Sadə xarici görünüşü və qeyri-adi məzmununa görə pavilyonu "Sehrli qutu" adlandırırlar. Belə ki, pavilyonun ziyarətçiləri maraqlı eksponatları seyr etməklə yanaşı 5 hissiyyatı əhatə edəcək "Coca-Cola" aləminin unikal səyahətinə qatıla biləcəklər. Pavilyon hazırlanarkən bu il şirkət üçün əhəmiyyət kəsb edən hadisə də yaddan çıxmayıb - "Coca-Cola" butulkasının 100 illik yubileyinin qeyd olunması. Sərgi keçiriləcək binanın cənub hissəsində divarboyu yer alan jalüzlərə butulka formasında qırmızı bayraqlar əlavə olunub. Bu, enerji effektivliyi texnologiyası sahəsində şirkətin fəlsəfə prinsiplərinin reallaşdırılmasının bariz nümunəsidir. Belə ki, bayraqlar nəinki dekorasiya elementi rolunu oynayır, həmçinin, binanın daxili hissəsini günəş şüalarından qoruyur, bu da öz növbəsində binanın kondisiyalaşdırılması zamanı elektrik enerjisinə qənaət edir. "Sehrli qutu"nun dam örtüyünü yaşıl bitkilər örtəcək.

"Ekspo-2015" 184 gün davam edəcək və bu ilin oktyabr ayının 31-də başa çatacaq.

"Coca Cola" şirkəti haqqında:

"Coca-Cola" şirkəti (NYSE: KO) sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideridir. Şirkət 500-dən yuxarı brend istehsal edir. "Coca-Cola" şirkəti dünyada ən qiymətli brend kimi qəbul edilib. Onun portfoliosuna dəyəri 20 mlrd. ABŞ dolları olan brendlər daxildir: "DietCoke", "Fanta", "Sprite", "Coca-ColaZero", "vitaminwater", "Powerade", "MinuteMaid", "Simply" və "Georgia Coffee". Qlobal miqyasda "Coca-Cola" şirkəti mineral sular, şirələr, hazır çay və kofe istehsalı sahəsində liderdir. Qlobal yayım sistemi sayəsində dünyanın 200-dən çox ölkəsindəki istehlakçılar şirkətin istehsal etdiyi içkilərdən istifadə edirlər. "Coca-Cola" şirkəti hər gün 1,9 mlrd. içki porsiyası realizə edir. Qeyd etmək lazımdır ki, şirkət ətraf mühitin mühafizəsinə, resursların qorunmasına və regionun iqtisadi inkişafına yönəlmiş ictimai təşəbbüsləri dəstəkləyir. Beləliklə, 700 mindən çox işçisi ilə "Coca-Cola" şirkəti dünyada TOP-onluğa daxildir. "Coca-Cola" şirkəti haqqında daha ətraflı məlumat almaq üçün şirkətin İnternet səhifəsini ziyarət edə bilərsiniz: www.thecoca-colacompany.com

Məqalədə:
Xəbər lenti

Xəbər lenti