...

Azərbaycana xarici mütəxəssislərin cəlb edilməsi mexanizmi üzrə layihə yayda hazır olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 May 2015 22:00 (UTC +04:00)
Azərbaycana xarici mütəxəssislərin cəlb edilməsi mexanizmi üzrə layihənin hazırlanması iki ay ərzində yekunlaşacaq.
Azərbaycana xarici mütəxəssislərin cəlb edilməsi mexanizmi üzrə layihə yayda hazır olacaq

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir Azad Həsənli/

Azərbaycana xarici mütəxəssislərin cəlb edilməsi mexanizmi üzrə layihənin hazırlanması iki ay ərzində yekunlaşacaq.

Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti və əmək bazarının tənzimlənməsi şöbəsinin müdiri Vahab Məmmədov deyib.

Onun sözlərinə görə, bu mexanizm çərçivəsində bürokratik prosedurları azaltmaq, əcnəbilər üçün iş icazəsinin müddətini (hazırda 1 ildir) artırmaq planlaşdırılır.

V.Məmmədov qeyd edib ki, bu mexanizm yerli əhali arasına işsizliyin artmasına səbəb olmayacaq: "Çünki söhbət yüksəkixtisaslı əcnəbi işçi qüvvəsindən gedir. Biz yeni texnologiyaların tətbiqi üzrə tələbat yaranacaq mütəxəssisləri cəlb edəcəyik. Hər il xaricilər üçün kvotanı azaldırıq ki, əmək bazarına daha çox milli kadrları cəlb edək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti