...

Sovet dövründə tikilən binaların mənzillərinə tələb azalmayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 May 2015 12:36 (UTC +04:00)
Bakının Binəqədi rayonu 16 mərtəbəli binada baş verən yanğın SSRİ dövründə tikilən binaların mənzillərinə olan tələbin aşağı düşməsinə səbəb olmayacaq.
Sovet dövründə tikilən binaların mənzillərinə tələb azalmayacaq

Azərbaycan, Bakı, 25 may /Trend/

Bakının Binəqədi rayonu 16 mərtəbəli yaşayış binasında baş verən yanğın SSRİ dövründə tikilən binaların mənzillərinə olan tələbatın aşağı düşməsinə səbəb olmayacaq. Bu barədə bu gün Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, bu amil daşınmaz əmlak bazarındakı vəziyyətə təsir etməyəcək: "Bu binalar kifayət qədər möhkəmdir və mənzillərin qiyməti aşağıdır. Bu da onlara olan tələbin əsas amilləridir. Keyfiyyətsiz materiallarla üzlənmiş binalara tələb azala bilər, lakin, bu materialların hazırda daha keyfiyyətli materiallarla əvəzlənməsini nəzərə alsaq, bazarda belə bir dəyişiklik gözlənilmir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti