...

Аzərbaycanın lizinq şirkəti manat və dollarda istiqrazlar buraxıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 May 2015 20:36 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “FinansLizinq” ASC-nin 300 min dəyərində manat və dollarda faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının iki emissiya emissiya prospekti qeydə alınıb.
Аzərbaycanın lizinq şirkəti manat və dollarda istiqrazlar buraxıb

Azərbqaycan, Bakı, 26 may /Trend, müxbir Azad Həsənli/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "FinansLizinq" ASC-nin 300 min dəyərində manat və dollarda faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının iki emissiya emissiya prospekti qeydə alınıb.

Trend-in Bakı Fond Birjasına istinadən verdiyi məlumata görə, hər bir emissiya çərçivəsində hər birinin nominal dəyəri 500 manat (dollar) olan 600 istiqraz buraxılıb. Qiymətli kağızların tədavül müddəti 180 gün, istiqraz üzrə faiz dərəcəsi 14 faiz, faiz ödəniş dövrünün müddəti isə 3 aydan birdir.

Yerləşdirmənin anderrayteri qismində "Texnika Kapital Menecment" MMC çıxış edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti