...

Dünya Bankı Azərbaycanda nağdsız əməliyyatların genişləndirilməsinə kömək edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 May 2015 14:05 (UTC +04:00)
Vergilər Nazirliyində Dünya Bankının (DB) Azərbaycan üzrə ölkə iqtisadçısı Konqyan Tanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Dünya Bankı Azərbaycanda nağdsız əməliyyatların genişləndirilməsinə kömək edəcək

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir Azad Həsənli/

Vergilər Nazirliyində Dünya Bankının (DB) Azərbaycan üzrə ölkə iqtisadçısı Konqyan Tanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Trend-in nazirliyə istinadən verdiyi məlumata əsasən, vergilər nazirinin birinci müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Natiq Əmirov qonaqları salamlayaraq, DB ilə birlikdə həyata keçirilən layihələr və bu sahədə Vergilər Nazirliyinə texniki dəstəyin göstərilməsi istiqamətində görülən işlərdən danışıb.

İqtisadiyyatda nağdsız əməliyyatların stimullaşdırılması ilə bağlı texniki yardımın göstərilməsi istiqamətində DB tərəfindən hərtərəfli dəstəyin göstərildiyini xüsusi vurğulayan N.Əmirov 2014-cü ildən başlayaraq bu sahədə xeyli iş görüldüyünü bildrib.

K.Tan nağdsız əməliyyatların stimullaşdırılması sahəsində texniki yardımın göstərilməsi məsələsinə DB tərəfindən xüsusi önəm verildiyini bildirərək xatırladıb ki, Vergilər Nazirliyi DB ilə birlikdə "Nağdsız əməliyyatların stimullaşdırılması Layihəsi" üzrə texniki yardım Sazişinin layihəsini hazırlayıb və Saziş çərçivəsində həyata keçirilən tədbirlərin maliyyələşdirilməsini DB öz üzərinə götürüb. Hazırda "Nağdsız əməliyyatların stimullaşdırılması Layihəsi" üzrə texniki yardım Sazişinin Vergilər Nazirliyi, Mərkəzi Bank və DBı tərəfindən imzalanması üçün tərəflər hüquqi aspektləri nəzərdən keçirirlər.

DB-nin Azərbaycan üzrə ölkə meneceri xanım Larisa Leşçenkonun da iştirak etdiyi görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti