...

AZAL: Zədələnmiş Berlin-Bakı təyyarəsinin sərnişinləri İstanbul vasitəsilə yola salınır

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 May 2015 16:14 (UTC +04:00)
Mayın 27-də Berlin aeroprtunda yerli vaxtla saat 09:30-da hava limanının yerüstü xidmətləri tərəfindən xidməti texnikanının yerinin dəyişdirilməsi zamanı Berlin-Bakı marşrutu üzrə AHY-064 reysini həyata keçirən "A-319" təyyarəsinin qanadının ucu zədələnib.
AZAL: Zədələnmiş Berlin-Bakı təyyarəsinin sərnişinləri İstanbul vasitəsilə yola salınır

Azərbaycan, Bakı, 27 may /Trend/

Berlin aeroportunda mayın 27-də yerli vaxtla saat 09:30-da hava limanının yerüstü xidmətləri tərəfindən xidməti texnikanın yerinin dəyişdirilməsi zamanı Berlin-Bakı marşrutu üzrə AHY-064 reysini həyata keçirən "A-319" təyyarəsinin qanadının ucu zədələnib.

Trend xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yoları" QSC-nin (AZAL) yaydığı məlumatda deyilir.

Məlumata əsasən, bu reysin sərnişinləri Berlindən Bakıya İstanbul vasitəsilə yola salınır.

Zədələnmənin səbəbi AZAL-ın ekipajı cəlb edilməklə Berlin aeroportununun yerüstü xidmətləri tərəfindən araşdırılır. Təyyarənin bərpası və geri qaytarılması üzrə tədbirlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti