...

"TuranBank" tibb işçilərinə güzəştli istehlak kreditləri təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyun 2015 19:38 (UTC +04:00)
Ümummilli lider Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli sərəncamı ilə hər il 17 iyun ölkəmizdə tibb işcillərinin peşə bayramı günü kimi qeyd olunur.
"TuranBank" tibb işçilərinə güzəştli istehlak kreditləri təklif edir

Azərbaycan, Bakı, 16 iyun /Trend/

Ümummilli lider Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli sərəncamı ilə hər il 17 iyun ölkəmizdə tibb işcillərinin peşə bayramı günü kimi qeyd olunur.

Bununla əlaqədar "TuranBank" tibb işçilərini peşə bayramları münasibətilə təbrik edərək 17, 18 və 19 iyun tarixlərində onlar üçün Bankın mövcud istehlak kreditlərinin illik faizlərində 3% endirim edir.

Bankdan Trend-ə verilən məlumata görə, göstərilən tarixlərdə bankın istənilən filialına müraciət etməklə qeyd olunan endirimdən yararlanmaq mümkündür. Kredit faizlərində endirim bankın müxtəlif peşə sahibləri üçün nəzərdə tutulan endirimli kampaniyaları çərçivəsində həyata keçirilir.

Bank müştərilərə sərfəli şərtləri ilə seçilən, müxtəlif məqsədlər üçün istehlak, biznes, mikro, lombard, peşə və ipoteka kreditləri təklif edir.

Müştərilərinə maksimal rahat xidmət təklif etmək məqsədilə Bank, vətəndaşlara "Elektron arayış"dan istifadə etməklə vaxt itirmədən krediti operativ şəkildə almaq imkanı yaradıb. Bununla yanaşı, müştərilərə Hesab.az elektron xidmətlər portalı ilə birgə həyata keçirilən layihə çərçivəsində Bankın kredit məhsullarını onlayn rejimdə hesab.az saytı vasitəsilə sifariş etmək, mövcud kreditlərini isə ödəmək imkanı yaradılmışdır. Müştərilər kreditlərin onlayn sifariş və ödənişini Bankın rəsmi saytı vasitəsilə (www.turanbank.az) də həyata keçirə bilərlər. Bankın müştəriləri, həmçinin MilliÖN (PayPoint) terminalları vasitəsilə də kredit borclarını ödəmək imkanına malikdirlər.

Bank müştərilərinə "Sirlər Xəzinəsi" adı altında yüksək gəlirliliyi ilə cəlbedici sayılan geniş çeşidli əmanət növlərini təklif edir.

Bankın beynəlxalq statuslu MasterCard plastik kartları öz rəqabətqabiliyyətliliyi ilə seçilərək müştərilərə təklif edilir. Bankın MasterCard məhsul çeşidləri vasitəsilə SMS məlumatlandırma, Card to Card, Mobil Bankçılıq, Cash by Code və s. xidmətlərdən istifadə etmək mümkündür. Eyni zamanda Bank əldə edilən plastik kartların üzərinə pulsuz şəkil həkk edilməsini təklif edir. Əlavə olaraq müştərilərə hədiyyələrin verilməsi məqsədilə hədiyyə kartları təklif edilir.

Bankın 16 xidmət nöqtəsi (onlardan 9-u regionlarda: Gəncə, Sumqayıt, Ağstafa, Tovuz, Zaqatala, Xaçmaz, Cəlilabad, Ağcabədi və Qazaxda olmaqla) və 15 valyuta mübadilə şöbəsi fəaliyyət göstərir.

Bankın məhsul və xidmətləri haqqında ətraflı məlumatı www.turanbank.az saytından, https://www.facebook.com/TuranBankASC səhifəsindən və ya Bankın 935 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti