...

Azərbaycan Mərkəzi Bankı banklara kreditlərin dəyərini azaltmaq təlimatı verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyun 2015 13:34 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı istehlak kreditlərinin rəsmiləşdirilməsində bank xidmətlərinə görə komissiya haqqını 1 faizədək azaldıb.
Azərbaycan Mərkəzi Bankı banklara kreditlərin dəyərini azaltmaq təlimatı verib

Azərbaycan, Bakı, 30 iyun /Trend/

Azərbaycan Mərkəzi Bankı istehlak kreditlərinin rəsmiləşdirilməsində bank xidmətlərinə görə, komissiya haqqını 1 faizədək azaldıb.

AMB-nin bu təlimatı bütün banklara və digər kredit təşkilatlarına göndərilib.

Bu qərarı gözləməyən banklardan Trend-ə bildiriblər ki, AMB bu təlimatı bəzi bankların yüksək komissiya ödənişi ilə izah edir ki, bu da nəticədə istehlak krediti üzrə faktiki illik faiz dərəcəsinin (FIFD) artmasına gətirib çıxarır: "Bu, bəzən bank sektoru üzrə orta FIFD-ni üstələyir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti