...

Azərbaycan Sənaye Bankı texniki infrastrukturunu yenilədi

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyul 2015 17:48 (UTC +04:00)
Azərbaycan Sənaye Bankı texniki infrastrukturunun yenilənməsi işləri çərçivəsində yeni proqram təminatına keçid işlərini yekunlaşdırıb.
Azərbaycan Sənaye Bankı texniki infrastrukturunu yenilədi

Azərbaycan, Bakı, 9 iyul /Trend/

Azərbaycan Sənaye Bankı texniki infrastrukturunun yenilənməsi işləri çərçivəsində yeni proqram təminatına keçid işlərini yekunlaşdırıb.

Bankdan Trend-ə verilən məlumata görə, proqram təminatının yenilənməsi ilə bağlı Türkiyənin qabaqcıl texnologiya şirkəti "Intertech" ilə əməkdaşlıq edilməkdədir.

Keçidin yekunlaşması ilə birlikdə bankın proqram təminatı bütövlükdə yenilənib, nəticədə filiallarda kassir əməliyyatçı sisteminə keçilərək daha operativ xidmət göstərilməyə başlanılıb.

Habelə banka gəlmədən əməliyyatların edilməsi üçün yeni - internet və mobil bankçılıq sistemləri qurulub. İnternet və mobil bankçılıq xidmətləri yaxın günlərdə müştərilərin ixtiyarına veriləcək.

"Intertech" şirkəti 1987-ci ildə qurulub. Dünyanın 30-dan artıq - "Denizbank", "Sberbank", "Royal Bank of Scotland", "Citibank", "Standard Chartered" kimi maliyyə təşkilatlarına xidmət göstərir. "Microsoft", "HP", "Intel" və "Oracle" şirkətlərinin rəsmi tərəfdaşıdır.

Xatırladaq ki, "Azərbaycan Sənaye Bankı" ASC 1996-cı ildən fəaliyyətə başlayıb. Bankın məcmu kapitalının həcmi 67,7 milyon manat təşkil edir. Bankın digər xidmətləri haqqında www.asb.az ünvanından ətraflı məlumat alına bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti