...

"PAŞA Bank"ın yenilənmiş biznes mərkəzinin açılışı oldu

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyul 2015 16:31 (UTC +04:00)
Filialın təntənəli açılışında bankın rəhbərliyi və işçiləri iştirak etdilər.
"PAŞA Bank"ın yenilənmiş biznes mərkəzinin açılışı oldu

Azərbaycan, Bakı, 21 iyul /Trend/

Bakıda "PAŞA Bank"ın yenilənmiş filialı - A.İldırım küçəsi, 68 ünvanında yerləşən Şüvəlan biznes mərkəzinin açılışı olmuşdur. Filialın təntənəli açılışında bankın rəhbərliyi və işçiləri iştirak etdilər.

Bankdan Trend-ə verilən məlumata əsasən, Şüvəlan biznes mərkəzinin yenilənməsi bankın 2015-2017-ci illər üçün inkişaf strategiyasına uyğun olaraq keçirilmişdir ki, bu strategiyanın maddələrindən biri də müştəriyə yönümlülüyün gücləndirilməsi və bank xidmətlərinin daha yüksək səviyyədə təmin edilməsidir. Öncə də olduğu kimi Şüvəlan filialı kompleks maliyyə xidmətləri, o cümlədən kredit məhsulları, hesablaşma-kassa əməliyyatları, kapital bazarına çıxışa yardım, ticarətin maliyyələşdirilməsi kimi xidmətləri təqdim edir. Yenilənmiş niznes mərkəzində müştərilərə xidmət, həmçinin tərəfdaşlarla danışıqlar aparmaq üçün əlavə yer ayrılmışdır.

Diqqətinizə çatdıraq ki, Şüvəlan biznes mərkəzi "PAŞA Bank"ın 2009-cu ilin aprelində açılan ilk filialıdır.

PAŞA Bank - Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş bank geniş spektrli korporativ bank xidmətlərini göstərir, eləcə də kreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri. Baş ofis və 9 biznes mərkəzi ilə təmsil olunan PAŞA Bankda 300 çox əməkdaş çalışır. "Europe Banking Awards" 2011, 2012, 2013 çərçivəsində bank "Azərbaycanın ən yaxşı İnvestisiya Bankı" elan olunmuşdur, 2013-2014-cü illərdə isə "World Finance" tərəfindən "Best Private Bank in Azerbaijan" adına layiq görülmüşdür.

"PAŞA Bank" Azərbaycanın iri investisiya Holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA Şirkətlər Qrupuna aiddir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti