...

Belarus Azərbaycanla əməkdaşlığa önəm verir

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyul 2015 15:57 (UTC +04:00)
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Belarusun ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Nikolay Patskeviçlə görüşüb.
Belarus Azərbaycanla əməkdaşlığa önəm verir

Azərbaycan, Bakı, 24 iyul /Trend/

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Belarusun ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Nikolay Patskeviçlə görüşüb.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan və Belarus arasında müxtəlif sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi, əməkdaşlığın genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin, keçirilən görüşlərin əhəmiyyəti vurğulanıb. Ş.Mustafayev ölkələrimiz arasında əlaqələrin inkişafında səfir N.Patskeviçin səmərəli fəaliyyətini qeyd edib, göstərdiyi səylərə görə təşəkkür edib, gələcək fəaliyyətində uğurlar arzulayıb. Qeyd edilib ki, N.Patskeviçin Belarusun ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri işlədiyi illər ərzində Belarusla əlaqələr daha da genişlənib.

Görüşdə iki ölkə arasında kənd təsərrüfatı, sənaye, investisiya, əczaçılıq, elmi-texniki, maşınqayırma və neft maşınqayırması avadanlıqlarının birgə istehsalı müəssisələrinin yaradılması sahəsində əməkdaşlığın genişləndirilməsi üçün imkanlar diqqətə çatdırılıb.

Belarus səfiri qəbula görə təşəkkür edib, Azərbaycanın iqtisadi inkişafından məmnunluğunu bildirib, ölkəsinin Azərbaycanla əməkdaşlığa önəm verdiyini, qarşılıqlı əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti