...

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsindən azad edildi

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Sentyabr 2015 15:38 (UTC +04:00)
Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Sialə Rüstəmova vəzifəsindən azad edilib.
Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsindən azad edildi

Azərbaycan, Bakı, 8 sentyabr /Trend/

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Sialə Rüstəmova vəzifəsindən azad edilib.

Trend Kənd Təsərrüfatı Nazirliyinə istinadən məlumat verir ki, kənd təsərrüfatı nazirinin müvafiq əmri ilə nazirlik yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Sialə Rüstəmova öz ərizəsinə əsasən vəzifəsindən azad edilərək Sumqayıt Şəhər Baytarlıq İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisinin vəzifəsinin icrası müvəqqəti olaraq Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisinin müavini Azər İdris oğlu Süleymanova həvalə edilib.

Nazirliyin digər əmri ilə Sumqayıt Şəhər Baytarlıq İdarəsinin rəisi Söhrab Əliyev tutduğu vəzifədən azad edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti