Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir Hüseyn Vəliyev/
Azərbaycan Prezidentinin "Mingəçevir Sənaye Parkının yaradılması haqqında" 26 fevral 2015-ci il tarixli 1077 saylı sərəncamının 5.2-ci bəndinin və Nazirlər Kabinetinin 7 iyul 2015-ci il tarixli 119a saylı sərəncamının icrasını təmin etmək məqsədilə "Mingəçevir Toxucu" ASC-nin (VOEN: 2700145041) ləğv edilməsi barədə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 12 avqust 2015-ci il tarixli əmrlə ləğvetmə komissiyası yaradılıb. Bu barədə Trend "Vergilər" qəzetinə istinadən məlumat verir.
- kreditorlar ləğvetmə komissiyasının yarandığı tarixdən etibarən 60 gün müddətində öz tələblərini irəli sürə bilərlər;
- tələblər yazılı, əsaslandırılmış və təsdiqedici sənədləri müraciətə əlavə etməklə təqdim edilməlidir.
Ünvan: Mingəçevir şəhəri, H. Əliyev prospekti 287, "Mingəçevir Toxucu" ASC.