Azərbaycan, Bakı, 29 sentyabr /Trend /
İranın nüvə sazişi və Tehrandan iqtisadi və maliyyə sanksiyalarının qaldırılması Azərbaycana İranla ticarət və investisiya əlaqələrini inkişaf etdirmək imkanını açacaqlar.
Trend-in məlumatına görə, bu barədə "Moody's Investors Service" beynəlxalq reytinq agentliyinin hesabatında deyilir.
Moody's-in qənaətinə görə, bu yeni ticarət və investisiya imkanları nüvə sazişi hesabına yaranmış mənfi balans təsirlərini qismən kompensasiya edə bilər.
Əgər nüvə sazişi həyata keçirilsə, bu, İrana neft bazarına qayıtmağa imkan verəcək. Bu proses isə Azərbaycanın neftdən əldə etdiyi gəlirlərə mənfi təsir edə biləcək.