...

Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı Azərbaycan və İranda görüşlər keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Oktyabr 2015 13:20 (UTC +04:00)
Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı Azərbaycan və İranda görüşlər keçiriləcək.
Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı Azərbaycan və İranda görüşlər keçiriləcək

Azərbaycan, Bakı, 9 oktyabr /Trend/

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı Azərbaycan və İranda görüşlər keçiriləcək. Trend-in məlumatına görə, bu barədə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin "Azərbaycan" qəzetində dərc olunan məqaləsində deyilir.

Məqalədə qeyd olunur ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı işlər intensivləşdirilib və bu günlərdə dəhlizlə bağlı görülən işlərin gedişi, yaradılacaq infrastruktur barədə müzakirələrin aparılması məqsədilə Azərbaycan və İran sərhəddində görüşlərin təşkili, dəhlizin Astara (Azərbaycan) - Astara (İran) hissəsinə baxışın keçirilməsi nəzərdə tutulur.

Nazir yazır ki, sahibkarlıq sahəsində görülmüş tədbirlər nəticəsində ölkənin ticarət və xidmət obyektləri müasir tələblərə uyğun geniş çeşiddə yerli ərzaq və qeyri-ərzaq məhsulları ilə təmin edilib, ölkədən ixrac olunan mal çeşidi ötən ildə 2003-cü illə müqayisədə 76,6 faiz artıb: "Qarşıdakı illərdə dövlət başçısının "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" fərmanına uyğun olaraq, sahibkarlara dövlət xidmətlərinin göstərilməsi zamanı subyektivliyin minimuma endirilməsi, bu zaman İKT vasitələrindən və "ASAN xidmət"in imkanlarından istifadə edilməsi, tikinti, idxal-ixrac, kommunal xidmətlərə qoşulma, daşınmaz əmlak və torpaq üzrə əməliyyatların səmərəli, şəffaf və operativ şəkildə aparılması, ixracın təşviqi və tranzit potensialının reallaşdırılması, biznes mühitinin daha da yaxşılaşdırılması üçün müvafiq tədbirlər davam etdiriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti