...

Cavid Qurbanov: Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi gəlirləri artırmağa imkan verəcək (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Noyabr 2015 18:06 (UTC +04:00)
Bu gün "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovla İran İslam Respublikası Dəmir Yolları İdarə Heyətinin üzvü Abbas Haj Fathaliha arasında görüş keçirilib.
Cavid Qurbanov: Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi gəlirləri artırmağa imkan verəcək (FOTO)

Azərbaycan, Bakı, 2 noyabr /Trend/

Bu gün "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovla İran İslam Respublikası Dəmir Yolları İdarə Heyətinin üzvü Abbas Haj Fathaliha arasında görüş keçirilib.

"Azərbaycan Dəmir Yolları" QSC-dən Trend-ə verilən məlumata görə, görüşdə C.Qurbanov Azərbaycan Dəmir Yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib.

C.Qurbanov bildirib ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq. Həmin dəhliz Avropa - Cənubi Asiya - Yaxın Şərq arasında dəmiryol daşımalarını, müvafiq olaraq, dəmiryolun istər yerli, istərsə də tranzit daşımalarından əldə etdiyi gəlirləri artırmağa imkan verəcək.

Görüşdə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı müzakirələr aparılıb, ilk mərhələdə Astaraçay üzərində olan körpünün layihələndirilməsinin təkmilləşdirilməsi, Rəşt-Astara xəttinin maliyyə mənbələrinin təyin edilməsi və digər texniki məsələlər müzakirə olunub.

Daha sonra İİR Dəmir Yolları İdarə Heyətinin üzvü A.H.Fathaliha çıxış edərək bildirib ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi Azərbaycan və İran arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə öz töhfəsini verəcək.

Görüşdə ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi və məsələ ilə bağlı müzakirələrin davam etdirilməsi qərara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti