...

"Bakı və Rəşt arasında birbaşa aviareys açmaq lazımdır" (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Noyabr 2015 16:10 (UTC +04:00)
İran Bakı və Rəşt arasında aviareysin açılmasında maraqlıdır.
"Bakı və Rəşt arasında birbaşa aviareys açmaq lazımdır" (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 13:27-də yayılıb)

Bakı. Ənvər Məmmədov - Trend:

İran Bakı və Rəşt arasında aviareysin açılmasında maraqlıdır. Trend-in məlumatına görə, bunu jurnalistlərə İranın Gilan əyalətinin başçısı Məhəmməd Əli Nəcəfi Bakıda keçirilən V Beynəlxalq İran Sərgisi çərçivəsində deyib.

Onun sözlərinə görə, bu, turizm sahəsində iki ölkə arasında əməkdaşlığı genişləndirməyə imkan verəcək: "Bakı və Rəşt arasında aviareysin açılmasında maraqlıyıq ki, bu da qarşılıqlı turist axınını artırmağa imkan verəcək. Ənzəli limanı ilə Bakı şəhəri arasında dəniz turizminin inkişafı üçün potensial da var. Eyni zamanda sürət qatarlarının köməyi ilə sərnişindaşımanı həyata keçirə bilərik".

Vilayət başçısı qeyd edib ki, Gilan və Azərbaycan sahibkarlarının qarşılıqlı sərmayə qoyulması sahəsində də böyük potensialı var: "İki ölkə arasında ticarətin inkişafı üçün böyük potensial mövcuddur. Gilan vilayəti Azərbaycana subtropik meyvələr, tikinti materialları, o cümlədən sement və digər mallar ixrac edə bilər. Eyni zamanda Azərbaycanın Gilana bir sıra mallar ixrac etmək imkanı var".

M.Ə.Nəcəfi əlavə edib ki, ticarət və turizmin inkişafı üçün iki ölkə arasında sərhədi keçmə prosedurunu sadələşdirmək lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti