Bakı. Azad Həsənli - Trend:
2015-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətindən mənfəət vergisi üzrə ödənişlər proqnozlaşdırılan həcmdən 104 milyon manat az olub.
Trend-in məlumatına görə, bunu vergilər nazirinin birinci müavini Natiq Əmirov mətbuat konfransında deyib.
Onun sözlərinə görə, daxilolmalar 800 milyon manat səviyyəsində gözlənilirdi, lakin neftin qiyməti azaldığından neft şirkətlərinin gəlirləri azalıb və nəticədə konsorsiumdan mənfəət vergisi üzrə daxilolmalar 696 milyon manat olub.
N.Əmirov qeyd edib ki, neft sektoru üzrə lazımi qədər ödənişlərin olmaması qeyri-neft sektorundan daxilolmaların artırılması hesabına kompensasiya edilib: "Həmin daxilolmalar proqnoz göstəricilərini 136 milyon manat üstələyib. Bu, dövlət büdcəsinə vergi daxilolmaları üzrə proqnozları icra etməyə imkan verib".