...

ABŞ Azərbaycanla qeyri-neft sektorunda əməkdaşlığa hazırdır (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Noyabr 2015 12:17 (UTC +04:00)
ABŞ Azərbaycanla qeyri-neft sektorunda əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır.
ABŞ Azərbaycanla qeyri-neft sektorunda əməkdaşlığa hazırdır (ƏLAVƏ OLUNUB)

Bakı. Ənvər Məmmədov - Trend:

ABŞ Azərbaycanla qeyri-neft sektorunda əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır. Trend-in məlumatına görə, bunu jurnalistlərə ABŞ-ın Avropa, Yaxın Şərq və Afrika regionu üzrə ticarət departamentinin katibinin köməkçisinin müavini Maykl Lalli Azərbaycan-ABŞ işgüzar görüşü çərçivəsində deyib: "Azərbaycana səfər çərçivəsində missiyamızın iki əsas məqsədi var. Birincisi, ölkələrimiz arasında ticari və iqtisadi əlaqələrin inkişafında maraqlıyıq və hesab edirik ki, bunun üçün böyük potensial var. İkincisi, iki ölkənin özəl sektorları arasında əməkdaşlığı genişləndirmək istərdik. Bunun üçün bizimlə bərabər müxtəlif sahələrdə işləyən 15 Amerika şirkətinin nümayəndəsi də gəlib".

Onun sözlərinə görə, Amerika şirkətləri Azərbaycanın qeyri-neft sektorunda tikinti, sənaye, xidmət, bank və sığorta sahələrində təmsil olunub: "Bu, son 7 il ərzində ABŞ Ticarət Departamentinin nümayəndələrinin ən böyük səfəridir. Amerika şirkətlərinin nümayəndələri Azərbaycanda təqribən 100 görüş keçirəcək".

M.Lalli qeyd edib ki, ötən il iki ölkə arasında əmtəə dövriyyəsi 2 milyard dollar təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti