...

ABŞ özəl sektorun stimullaşdırılmasında Azərbaycana kömək etməyə hazırdır (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Noyabr 2015 12:46 (UTC +04:00)
ABŞ Azərbaycan hökumətinin ölkədə özəl sektorun inkişafı üzrə gördüyü tədbirləri dəstəkləyir.
ABŞ özəl sektorun stimullaşdırılmasında Azərbaycana kömək etməyə hazırdır (ƏLAVƏ OLUNUB)

Bakı. Ənvər Məmmədov - Trend:

ABŞ Azərbaycan hökumətinin ölkədə özəl sektorun inkişafı üzrə gördüyü tədbirləri dəstəkləyir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə ABŞ-ın müvəqqəti işlər vəkili Derek Hoqan Bakıda keçirilən Azərbaycan-ABŞ işgüzar görüşü çərçivəsində deyib: "Biz ölkədə özəl sektorun inkişafının stimullaşdırılmasını, eləcə də Azərbaycanın xarici sərmayələrin cəlb edilməsi üçün apardığı işi alqışlayırıq. ABŞ Azərbaycan hökumətinin qarşısına qoyduğu məqsədlərinə çatması üçün diplomatik və texniki kömək göstərməyə hazırdır".

O qeyd edib ki, səfər çərçivəsində çox konstruktiv görüşlər keçirilib və iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinin müxtəlif məqamları müzakirə edilib: "Azərbaycanlı həmkarlarımızla prioritet sahələri və ölkələrimiz arasında ticari və iqtisadi əlaqələrin bundan sonra da genişləndirilməsi üçün mövcud potensialı müzakirə etmişik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti