...

Neft Fondunda KİV nümayəndələri üçün seminar keçirilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Noyabr 2015 17:09 (UTC +04:00)

Bakı. Trend:

19-20 noyabr 2015-ci il tarixlərində Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Fondun əməkdaşları tərəfindən kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri üçün "Azərbaycan Respublikası Dövlət Neft Fondu: Vəsaitlərin idarə edilməsi prosesi və investisiyalar" adlı seminar keçirilib.

Fonddan Trend-ə verilən məlumata görə, seminarın keçirilməsində məqsəd şəffaflıq sahəsində əldə etdiyi nailiyyətlərə görə dünyanın bir çox nüfuzlu təşkilatları tərəfindən yüksək qiymətləndirilən ARDNF-nin büdcəsi və investisiya fəaliyyəti haqqında KİV nümayəndələrini daha geniş informasiya ilə təmin etmək, onları investisiya portfelinin diversifikasiyası və investisiya strategiyasının tətbiqi sahəsində ətraflı məlumatlandırmaq, Fond barədə düzgün və peşəkar məlumatların yayılmasına nail olmaq, Fondun ictimaiyyətlə əlaqələrinin inkişafına dair iştirakçıların təkliflərini öyrənmək və ictimaiyyətin Fond barədə dəqiq məlumatlandırılmasında KİV nümayəndələri ilə birgə əməkdaşlığa nail olmaqdan ibarətdir.

Seminarda KİV nümayəndələrinə ARDNF-nin timsalında Suveren Fondlar, büdcə və layihələr, investisiyalar və investisiya prosesi, investisiya portfeli və investisiyaların həyata keçirilməsindən sonrakı proseslər barədə təqdimatlar edilib və ətraflı məlumat verilib.

Seminar iştirakçıları, eyni zamanda Fondun inzibati binası, həmçinin Fondun investisiya departamentinin fəaliyyəti ilə yerində tanış olublar.

Seminarda 30-dan artıq jurnalist iştirak edib və sonda bütün iştirakçılara sertifikatlar təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti