...

Azərbaycanda kəhrizlər bərpa ediləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Noyabr 2015 15:19 (UTC +04:00)
AMEA "Azərsu" ASC ilə birlikdə Azərbaycan ərazisində, o cümlədən Naxçıvan Muxtar Respublikasında kəhrizlərin bərpası proqramını hazırlayıb.
Azərbaycanda kəhrizlər bərpa ediləcək

Bakı. Hüseyn Vəliyev - Trend:

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) "Azərsu" ASC ilə birlikdə Azərbaycan ərazisində, o cümlədən Naxçıvan Muxtar Respublikasında kəhrizlərin bərpası proqramını hazırlayıb.

Trend-in məlumatına görə, bunu "Azərsu" ASC-nin "Sukanal" Elmi Tədqiqat və Layihə İnstitutunun elmi işlər üzrə direktor müavini Adışirin Ələkbərov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, kəhrizlər Şəmkir, Göygöl və işğal edilmiş Cəbrayıl, Ağdam və Füzuli rayonlarındadır: "Yeraltı kəhrizlər unikal su təchizatı sistemidir və onlar indiyədək istifadə olunur. Onlardan çoxu yararsız vəziyyətə düşüb. Onların bərpası üzrə işlərə artıq başlanılıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti