Bakı. Səba Ağayeva - Trend:
Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallaşdırılmasının yubanması məsələsi hüquqi xarakter daşıyır və onun tikintisi ilə məşğul olan şirkətin üzləşdiyi problemlərlə əlaqədardır.
Trend-in məlumatına görə, bunu Bakıda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib ki, dekabrda Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərlərinin görüşü keçiriləcək: "XİN rəhbərləri tikinti işlərinin aparıldığı sahəyə baş çəkəcək və vəziyyətlə yerində tanış olacaqlar".