...

Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin konteyner qatarı Bakı Limanına çatdı

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Yanvar 2016 18:19 (UTC +04:00)
Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin marşrutu ilə hərəkət edən, bərə keçidlərini və quru yolu əhatə edən sınaq konteyner qatarı yanvarın 22-də Ələtdə yerləşən Bakı Limanının Bərə Terminalına çatıb.
Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin konteyner qatarı Bakı Limanına çatdı

Bakı. Trend:

Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin marşrutu ilə hərəkət edən, bərə keçidlərini və quru yolu əhatə edən sınaq konteyner qatarı yanvarın 22-də Ələtdə yerləşən Bakı Limanının Bərə Terminalına çatıb.

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-dən Trend-ə verilən məlumata görə, 10 vaqon və 20 qırx futluq konteynerdən ibarət sınaq qatarı Ukraynanın İlyiçevsk limanından yanvarın 15-də yola salınmışdı. Qatar Gürcüstanın Poti limanına yanvarın 20-də çatmışdı. Azərbaycandan sonra qatarın Qazaxıstan-Çin marşrutu ilə hərəkət etməsi nəzərdə tutulur.

Xatırladaq ki, yanvarın 14-də Bakıda keçirilmiş dördtərəfli görüşdə Azərbaycan, Qazaxıstan, Gürcüstan və Ukrayna nümayəndələri Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda vahid tariflərin müəyyənləşdirilməsi haqqında razılığa gəliblər. Müvafiq protokolu "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev, "Qazaxıstan Dəmir Yolu" SC-nin prezidenti Askar Mamin, "Gürcüstan Dəmir Yolu" SC-nin rəisi Mamuka Baxtadze və "Ukrayna Dəmir Yolu" SC-nin İdarə Heyətinin sədr əvəzi Aleksandr Zavqorodniy imzalayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti