...

Silk Way Travel-dən Türkiyə kurortlarına sərfəli təklif: 199 dollardan başlayaraq

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Yanvar 2016 10:52 (UTC +04:00)
Silk Way Travel turizm şirkəti türk partnyoru Summer Tour ilə birgə Türkiyənin populyar kurortları Antalya, Bodrum, İzmir, Kuşadası, Alanya, Dalaman, Marmaris və Fəthiyəyə çox sərfəli səyahət paketləri təklif edir.
Silk Way Travel-dən Türkiyə kurortlarına sərfəli təklif: 199 dollardan başlayaraq

Bakı. Trend:

Silk Way Travel turizm şirkəti türk partnyoru Summer Tour ilə birgə Türkiyənin populyar kurortları Antalya, Bodrum, İzmir, Kuşadası, Alanya, Dalaman, Marmaris və Fəthiyəyə çox sərfəli səyahət paketləri təklif edir.

Bu barədə Trend-ə Silk Way Travel şirkətinin mətbuat xidmətindən məlumat verilib.

Aksiya çərçivəsində səyahət paketlərini 8 gün / 7 gecə müddətinə aşağıdakı qiymətlərlə almaq mümkündür:

3 ulduzlu hotel: 199 dollardan başlayaraq*
4 ulduzlu hotel: 249 dollardan başlayaraq*
5 ulduzlu hotel: 299 dollardan başlayaraq*

* Qiymət nömrədə 2 nəfər qalmaq şərti ilə 1 şəxs üçün göstərilmişdir.

Qiymətə hər iki tərəfə birbaşa uçuş (AZAL aviaşirkəti), hava limanı-otel-hava limanı transferi, oteldə qalma və tibbi sığorta daxildir. Müddət: mayın 21-dən iyunun 15-dək və sentyabrın 1-dən 30-dək.

Aksiya çərçivəsində əlavə bonuslar da mövcuddur. Belə ki, "5 ulduz" kateqoriyalı otellərin bir çoxunda iki böyük bir otel nömrəsində yerləşdirildikdə, iki uşaq (16 yaşa kimi) üçün yer pulsuz təqdim olunur. 35-dən çox oteldə standart otel nömrəsinin (Standart Land View) rezervasiyası zamanı nömrənin dəniz mənzərəli (Standart Sea View) otel nömrəsinə pulsuz dəyişdirilməsi imkanı təklif olunur.

Bununla yanaşı, Silk Way Travel aksiyadakı səyahət paketlərinə daxil olmayan digər otellərdə 60 faizə qədər endirimlə erkən rezervasiya ilə Türkiyə kurortlarına digər səyahət paketlərinin satışına başlayır. Şirkətdən bildirildiyi kimi, erkən rezervasiya ilə qiymətlər bu il ötən ilə nisbətən 20-40 faiz aşağıdır.

"Müasir tendensiyalar Avropadan olan turistlərin əksəriyyətinin erkən rezervasiyaya üstünlük verdiyini göstərir. Bu ənənə ölkəmizdə də kök salmağa başlayır. Səyahət paketlərinin erkən rezervasiyası planlaşdırılan büdcə daxilində əhəmiyyətli dərəcədə qənaət etmək və ya daha yüksək səviyyəli istirahət seçmək imkanı verir", - Silk Way Travel şirkətinin direktoru Şirzad Əfəndiyev bildirmişdir.

Daha ətraflı məlumat almaq üçün Silk Way Travel ilə aşağıdakı telefon nömrələri vasitəsilə əlaqə saxlaya bilərlərsiniz:

(+99412) 598-88-80; (+99412) 437-40-85; *8880;

Email: [email protected];

Və yaxud şirkətin Facebook sosial şəbəkəsindəki səhifəsində: https://www.facebook.com/SW-TRAVEL-147532095314826/ .

Səyahət paketlərini şirkətin Bakı şəhəri, Nizami küç.,126A ünvanında yerləşən ofisində və digər turizm şirkətlərinin ofislərində əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti