...

Azərbaycan və AYİB özəl sektora dəstəyi müzakirə edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Yanvar 2016 12:33 (UTC +04:00)
Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndə heyəti (AYİB) Azərbaycanın özəl sektoruna dəstək paketini müzakirə etmək üçün Bakıya gəlib.
Azərbaycan və AYİB özəl sektora dəstəyi müzakirə edir

Bakı. Azad Həsənli - Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndə heyəti (AYİB) Azərbaycanın özəl sektoruna dəstək paketini müzakirə etmək üçün Bakıya gəlib. Bunu Trend-ə AYİB-in yerli ofisinin rəhbəri Nil Makkeyn deyib.

Onun sözlərinə görə, AYİB-in Qafqaz, Moldova və Belarus üzrə regional direktoru Bruno Balvanerin rəhbərlik etdiyi nümayəndə heyətinin bir qismi artıq Bakıya gəlib, qalan qismi isə günün ikinci yarısında gələcək: "Nümayəndə heyəti bu gün Mərkəzi Bankda və Dövlət Neft Fondunda, sabah isə Maliyyə və İqtisadiyyat nazirliklərində görüşlər keçirəcək".

N.Makkeyn əlavə edib ki, bu danışıqlar Davosdakı görüşün davamıdır.

Azərbaycan Prezidenti İlham Əliyev bu il yanvarın 21-də Davosda AYİB-in prezidenti Suma Çakrabarti ilə görüşmüşdü.

O əlavə edib ki, danışıqlar erkən mərhələdədir, buna görə də dəstəyin həcmi və digər təfərrüatlar barədə danışmaq hələ tezdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti