...

Apellyasiya Şurası sahibkarlar və dövlət qurumları arasında mübahisələrin həllini yüngülləşdirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Fevral 2016 17:47 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Apellyasiya Şurasının yaradılması sahibkarlar və dövlət orqanları arasında fikir ayrılıqları və mübahisələri qısa müddət ərzində nizamlamağa imkan verəcək.
Apellyasiya Şurası sahibkarlar və dövlət qurumları arasında mübahisələrin həllini yüngülləşdirəcək

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan Prezidenti yanında Apellyasiya Şurasının yaradılması sahibkarlar və dövlət orqanları arasında fikir ayrılıqlarını və mübahisələri qısa müddət ərzində nizamlamağa imkan verəcək. Bunu Trend-ə "Turkish-American Medical Centre" klinikasının baş direktoru, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının İdarə Heyətinin üzvü Ramiz Əliyev deyib.

Onun sözlərinə görə, bu, özəl sahibkarlar və müxtəlif dövlət strukturları arasında mübahisəli vəziyyətlərin həlli prosesini xeyli yüngülləşdirəcək: "Yaradılmış şura sahibkarların hüquq və azadlıqlarının qorunmasının təmin edilməsi sahəsini genişləndirməyə də kömək edəcək".

R.Əliyev, həmçinin Azərbaycanda sahibkarlara lisenziya verilməsinin sadələşdirilməsi üçün görülmüş tədbirləri də qeyd edib: "Əgər əvvəllər lisenziyanı beş il müddətinə alırdıqsa, hazırda bizə müddətsiz lisenziya verilib. Bunu dövlətin sahibkarlara münasibətdə vacib addımı hesab edirəm. Bu addım dövlətin onların qayğısına qaldığını nümayiş etdirir".

O, əlavə edib ki, bəzi maliyyə çətinliklərinə rəğmən, klinika göstərdiyi xidmətlərin qiymətini artırmayıb: "Doğrusu, ötənilki iqtisadi hadisələrdən sonra göstərdiyimiz xidmətlərin qiymətini yüksəltməyi düşünürdük. Belə ki, klinika üçün bütün texnika xaricdən tədarük edilir və ona görə xarici valyutada ödəyirik. Lakin dövlət başçısının xalqı düşünməyin və ümumi çətinliklərin öhdəsindən birgə gəlməyin zəruriliyi barədə son çıxışlarından sonra mövcud vəziyyəti müzakirə etdik və xidmətlərimizin qiymətlərini artırmaq fikrindən daşındıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti