...

Dövlət Gömrük Komitəsində Apellyasiya Şurası yaradılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Fevral 2016 18:06 (UTC +04:00)
Dövlət Gömrük Komitəsində (DGK) komitə sədrinin müvafiq sərəncamı ilə Apellyasiya Şurası yaradılıb.
Dövlət Gömrük Komitəsində Apellyasiya Şurası yaradılıb

Bakı. Azad Həsənli - Trend:

Azərbaycan Prezidentinin fevralın 3-də imzaladığı "Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında" fərmanına uyğun olaraq Dövlət Gömrük Komitəsində (DGK) komitə sədrinin müvafiq sərəncamı ilə Apellyasiya Şurası yaradılıb.

Trend Komitənin saytına istinadən məlumat verir ki, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə yaradılan Şuraya DGK sədrinin müavini, gömrük xidməti general-leytenantı Rza Həsənəliyev başçılıq edir.

Yeddi nəfərdən ibarət Şuraya Komitənin strukturuna aid olan qurumların məsul şəxsləri daxil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti