...

Londonda Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığın genişləndirilməsi müzakirə ediləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Fevral 2016 10:01
Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyanın iclası keçiriləcək.
Londonda Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığın genişləndirilməsi müzakirə ediləcək

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyanın iclası keçiriləcək.

Bu barədə Trend-ə İqtisadiyyat Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Fevralın 10-11-də Londonda Azərbaycan Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın ilk iclası keçiriləcək. İclasda Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti və əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə ediləcək.

Komissiyanın iclasında iştirak etmək məqsədilə İqtisadiyyat naziri, Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti Böyük Britaniyaya səfər edəcək.

Qeyd edək ki, Hökumətlərarası Komissiyanın Böyük Britaniya tərəfindən həmsədri Ticarət və İnvestisiyalar üzrə dövlət naziri Fransis Moddur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti