Bakı. Trend:
Şəmkir və Xaçmazdakı aqroparklarda ilk mərhələ üzrə işlər yekunlaşmaq üzrədir. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu nazirlikdə geniş kollegiya iclasında iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Qeyd olunub ki, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində xüsusi əhəmiyyətə malik iri fermer təsərrüfatlarının yaradılması işləri davam etdirilir. Hazırda 19 rayonda 40 min hektardan artıq sahədə 29 iri fermer taxılçılıq təsərrüfatının yaradılması başa çatıb və məhsuldarlıq hər hektardan 58-60 sentner təşkil edir. Şəmkir və Xaçmaz rayonlarında yaradılan aqroparklarda 1-ci mərhələ üzrə işlər yekunlaşmaq üzrədir.
İclasda digər regionlarda da yeni iri fermer təsərrüfatlarının, aqroparkların və s. yaradılması imkanlarının araşdırılması barədə nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.