...

DB iqtisadiyyatın şaxələndirilməsində Azərbaycana kömək edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Fevral 2016 12:57 (UTC +04:00)

Bakı. Azad Həsənli - Trend:

Dünya Bankı (DB) qlobal qeyri-sabitlik şəraitində iqtisadiyyatın şaxələndirilməsi işində Azərbaycanın etibarlı tərəfdaşı qalacaq. Trend-in məlumatına görə, bunu DB-nin Bakı ofisinin rəhbəri Larisa Leşenko "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" mövzusunda V Vergi Forumunda deyib.

Onun sözlərinə görə, Azərbaycan əvvəlki illərdə iqtisadiyyatın dayanıqlığını təmin etmək üçün ciddi addımlar atıb.

L.Leşenko qeyd edib ki, neftin qiiymətinin aşağı olmasına görə yaranan çətinliklər, eyni zamanda ciddi islahatların aparılması və iqtisadiyyatın dayanıqlılığının gücləndirilməsi üçün yaxşı imkandır.

O, vergi sisteminin təkmilləşdirilməsi üçün Azərbaycanın atdığı addımları alqışlayıb və 200 min manatadək dövriyyəsi olan şirkətlər üçün sadələşdirilmiş verginin tətbiqini də vurğulayıb: "Bu, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına ciddi təsir edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti